şəkilsiz yazılar seriyası

İngilis iqtisadçı Richard Layard “Happiness” (Xoşbəxtlik) kitabında maraqlı bir meta-təhlil təqdim edir. Deməli, müəllif bu kitabında XOŞBƏXTLİK anlayışımıza təsir edən 7, heç təsir etməyən 5 faktor haqqında yazır.

Belə ki, müəllifə görə xoşbəxtliyə heç təsir etməyən 5 faktor:

  1. Xoşbəxtliyin yaşla əlaqəsi yoxdur
  2. Cinsiyyətlə xoşbəxtliyin əlaqəsi yoxdur
  3. Görünüşlə xoşbəxtliyin əlaqəsi yoxdur
  4. Zeka səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur (ağıl ayrıdır, zəka ayrı)
  5. Təhsil səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur

Və müəllifə görə xoşbəxtliyə çox təsir edən 7 faktor:

  1. Ailə münasibətləri
  2. Bəlli bir miqdara qədər gəlir səviyyəsi (burada izah edir ki, ona lazım olan miqdar gəlirdən sonra insan 1 milyon da qazansa, 10 milyon da qazansa eyni hissləri yaşayır)
  3. Peşən və gördüyün işi sevmək, sənin üçün məna kəsb etməsi
  4. Özünü yanlarında çox rahat hiss etdiyin dost, qonşu, qohum əlaqələri
  5. Cəsur və azad birisənmi? – sualına öz daxilində verdiyin cavab
  6. Sağlamlıq (əsas can sağlığıdır deyirdik, məgər ki, 6-cı yerdə imiş)
  7. Dəyərlərinlə vicdanın rahatdırmı?!

Maraqlıdır və doğrudur, məncə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir