Səliqəsiz, intizamsız, maraqlı adamın həyatı və ən bəyəndiyim 22 deyimi

Səliqəsiz, intizamsız, maraqlı adamın həyatı və ən bəyəndiyim 22 deyimi

Bu yazını hamımıza tanış, şəkli adından daha çox tanınan Eynşteyn haqqında yazmaq qərarına gəldim. Mənim üçün həmişə maraqlı olub ki, 20-ci əsrin adamı adını almış bu adam necə bir həyat yaşayıb. Xüsusən bu yaxınlarda öyrənəndə ki, Atatürkün dəvəti ilə Türkiyədə işləməyə gəlib və intizamsızlığı ucbatından işi alınmayıb geri qayıdıb mənə daha çox maraqlı gəldi.

Qısaca həyatı 

Albert Eynşteyn 1879-cu ildə Alman İmperatorluğuna aid Ulm kəndində Herman və Pauline cütlüyünün ilk övladı olaraq dünyaya gəlib. 1955-ci ildə mühacirət etdiyi ABŞ-ın New-Jersey əyalətinin Princeton qəsəbəsində vəfat edib. Cəsədi həmin gün yandırılıb və külləri gizli olaraq basdırılıb. İndiyədək hara basdırıldığı haqqında məlumat yoxdur. Ölümündən sonra beyninin incələnməsinə icazə verib. 1999-cu ildə Kanadadakı bir universitet tərəfindən aparılan araşdırmaya görə beynin riyazi düşünmə və məntiq bölməsində digər insanlarda olmayan hüceyrələrin olması aşkarlanıb. Uşaqlığını Münhendə, məktəbi illərini isə İsveçrədə keçirib. 12 yaşında riyaziyyat üzrə ən çətin məsələləri belə həll edə bilib. Universiteti 1900-cü ildə Fizika ixtisası üzrə bitirəndən sonra iş tapa bilmədiyinə görə patent ofisində məmur kimi çalışmaq məcburiyyətində olub. Buna səbəb isə universitetdə bir professorla mübahisə etməsi olub. Ondan sonra akademik karyerada fəaliyyəti əngəllənib. Annalen der Phsyik jurnalında yazdığı 4 məqalədən sonra 1922-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. Həyatı boyu 300-dən çox elmi məqaləsi yayımlanıb. 150-dən çox isə elmdən kənar mövzularda məqaləsi var.

Eynşteynin məqalələrini çap etdirdiyi jurnal – Annalen der Physik

Eynşteynin Amerikadakı evi

 

 

 

 

 

 

 

E=mcdüsturu ilə ulduzların necə enerji əmələ gətirdiyinə açıqlama verməsilə nüvə texnologiyasına yaşıl işıq yandırıb. 1933-cü ildə Almaniyada Nasistlər hakimiyyətə gələndə yəhudiləri sıxışdırdıqlarına görə Almaniyanı tərk edən Eynşteyn ABŞ prezidenti Ruzveltə 1939-cu ildə məktub yazaraq nüvə texnologiyası üzrə işlərə başlamasını tövsiyyə edir. Hətta gələcəkdə bu addımına görə peşman olduğunu da yazıb. Atom bombası sonradan Yaponiyaya qarşı istifadə ediləcəkdi. Hətta 1943-cü ildə ABŞ hərbi donanmasının xüsusi partlayıcılar sahəsi üzrə məsləhətçisi belə olub. Onun həyatı ilə bağlı ən maraqlı hadisə yəqin ki, 1952-ci ildə ona İsrail prezidenti olması təklifi ilə bağlıdır. Hansı ki, O, bu təklifi qəbul etmir. 

Səliqəsiz, intizamsız və maraqlı adam…

Eynşteynin həyatında maraqlı hadisələr də az olmayıb. Məsələn, universitet vaxtından çox sevdiyi bir müəllimini illər sonra ziyarətə gedib, amma müəllimi onu tanımayıb. Üst-başının səliqəsizliyi, saçının dağınıqlığına görə dilənçiyə bənzədərək qovub. 🙂 Hətta bir çox önəmsiz görüşlərə özünə çox bənzədiyinə görə sürücüsünü göndərdiyi belə deyilir. 1896-cı ildə Alman vətəndaşlığından xaric edilir və 5 il heç bir vətəndaşlığı olmadan yaşayır. Sonunda 1901-ci ildə İsveçrə vətəndaşlığını qəbul edir. 1940-cı ildə isə ABŞ vətəndaşı olur.

Eynşteynin dinə yanaşması da diqqət çəkicidir. Belə ki, O, “din olmadan elm topal, elm olmadan din kordur” deyirdi. Dini ritualları heç sevməsə də, bəşəriyyətdə bu nizamı yaradana hörmət etmək lazım olduğunu bildirirdi. Deyirdi ki, yaradan ehtiram göstərmək üçün onun dərsini keçməyə ehtiyac yoxdur. Bu hər bir insanın içində daşıdığı hiss olmalıdır. Siyasətdə isə əsasən demokratiyanı və insanın ən üst haqqlarının qorunmalı olduğuna inanırdı.

Şəxsi həyatı isə daha qalmaqallı olub. Belə ki, serb əsilli Mileva adında qızla sevgi yaşayan Eynşteyn anası qəti etiraz etsə də onunla evlənir. Bu evlilikdən Hans və Eduard adında oğlu dünyaya gəlir. Ömrünün sonuna kimi anası Milevanı qəbul etmir. Nəhayət illər sonra Eynşteyn 2-ci dəfə xalası qızı, özündən 3 yaş böyük Elza ilə ailə qurur. Sonra da deyirsiz, avropa dəyərləri, orada müstəqillikdir falan 🙂 Bu boyda Eynşteyn də təzyiqə tab gətirməyib xalası qızı Elza ilə ailə qurub. 🙂 Şəxsi həyatında işinə ayırdığı vaxta görə daim evində problem, söz-söhbət olub. Bu da hardasa normaldır. Eynşteynin anası bu arada çox gözəl pianist olub və bu səbəbdəndir ki, Eynşteyn uşaq yaşlarından Motsart və digər klassikləri dinləməyi çox sevib, hətta evdə musiqi təhsili də alıb. Xatirələrində, hətta fizik olmasaydı, böyük ehtimal musiqiçi olacağını yazır. Onun yazdığı və ona yazılan məktubların bir çoxu Qüdsdə universitetlərin birinin arxivində saxlanır. Eynşteynin qızı bu məktubların onun ölümündən 20 il sonra ictimaiyyətə açıqlana biləcəyini vəsiyyət edir. Qızı Margot isə 1986-cı ildə vəfat edib.

Gəlin, indi Eynşteynin ən yadda qalan deyimlərinə baxaq. Onların hər biri böyük mənaya malikdir. Əminəm ki, Eynşteyni “mebeli qız evi almalıdır” deyimi ilə tanıyanlar üçün belə bu deyimlər maraqlı ola bilər.

  1. Həll asandırsa, Tanrı Sizə cavab verir.
  2. Dünyada başa düşülməsi ən çətin şey gəlir vergisidir.
  3. Heç bir səhv etməyən adam yeni heç nə etməyib deməkdir.
  4. Gələcəyi heç düşünmürəm, onsuz da çox tez gəlir.
  5. Hər şey mümkün olduğu qədər asanlaşdırılmalıdır, amma bəsitləşdirilməməlidir.
  6. Problemləri onları yaradanların məntiqi ilə həll etmək olmaz.
  7. Təhsil məktəbdə öyrədilənlərin hamısı yaddan çıxdıqdan sonra yerdə qalanlardır.
  8. İki şey sonsuzdur: Kainat və insanın axmaqlığı. Hərçənd kainatdan çox da əmin deyiləm.
  9. 3-cü dünya müharibəsində nə ilə savaşacaqlar bilmirəm, amma 4-cü dünya müharibəsi daşlı-sopalı olacaq.
  10. Bir qoyun sürüsünün qüsursuz üzvü ola bilmək üçün ilk öncə qoyun olmağınız lazımdır.
  11. Axmaqlığın ən böyük sübutu eyni şeyi dəfələrlə edib fərqli nəticə gözləməkdir.
  12. Əgər 6 yaşında bir uşağa izah edə bilmirsinizsə, özünüz də başa düşməmisiniz demək.
  13. Məntiq Sizi A-dan Z-yə aparar. Xəyal gücü isə hər yerə.
  14. Ancaq uğurlu insan olmaqdansa, dəyər bilən insan olun.
  15. Dünəndən dərs çıxart, bugünü yaşa, sabaha ümid bəslə. Önəmli olan daim kritik düşünə bilməkdir.
  16. Mənim xüsusi bacarığım yoxdur. Sadəcə həddindən artıq marağım var.
  17. Nümunə göstərmək öyrətməyin bir yolu deyil, yeganə yoludur.
  18. Dünyanın təhlükəli bir yer olmasının səbəbi şeytanın etdikləri deyil, bunlara səssiz qalıb heç nə etməyənlərdir.
  19. Hamı dahidir, amma bir balığı ağaca niyə çıxa bilmir ittihamı ilə günahlandırsanız, bütün həyatı boyu axmaq olduğuna inanaraq yaşayacaq.
  20. Əgər A bu həyatdakı uğurdursa, o halda A x+y+z – in cəminə bərabərdir. İş X, Y əyləncə, z isə az danışmağınızdır.
  21. Kişilər qadınlarla  heç dəyişməmələrini umaraq evlənər. Qadınlar isə kişilərlə bir gün dəyişəcəkləri ümidi ilə. Nəticədə hər iki halda ikisi də xəyal qırıqlığına uğrayır.
  22. Gəmi limandaykən həmişə güvəndədir. Amma inşa səbəbi limanda durmaq deyil.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Günün müştəri məmnunsuz şirkətləri – BE və MG

Çoxdan idi ki, hərbi hissədə istifadə olunması üçün printer almaq istəyirdim. Qardaşım bir xeyli müddətdir xahiş etsə də, ancaq həftəsonları bir iki dəfə mağazaları gəzməyə vaxtım oldu. Açığı mağazaları gəzməyi

Köşə yazıları 0 Comments

Komfort zona, kəsib atmaq və prinsipiallıq haqqında

Həyatım boyu bir neçə dəfə komfort zonamı tərk etmişəm. Hər şey bir anda, bir cümlə ilə qərara bağlanıb. Bəzən mənə deyilən bir söz, bəzən də özümün özümə verdiyim bir sözlə

Köşə yazıları 0 Comments

Yeni yaşımda həyatın mənə sülh və ya müharibə yolu ilə öyrətdiyi 10 fikir

“Bizimkisi bir iş hikayesi”  Əziz dostlar, doğum günümlə əlaqədar yazdığınız bütün xoş sözlərə və təbriklərə görə hər birinizə təşəkkür edirəm. Adını xatırlamadığım bir müəllif yazırdı ki, təbrik sevməyən adamı belə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın