Şəkilsiz yazılar seriyası #5 -Xoşbəxtlik nə deyil?!
İngilis iqtisadçı Richard Layard “Happiness” (Xoşbəxtlik) kitabında maraqlı bir meta-təhlil təqdim edir. Deməli, müəllif bu kitabında XOŞBƏXTLİK anlayışımıza təsir edən 7, heç təsir etməyən 5 faktor haqqında yazır.
Belə ki, müəllifə görə xoşbəxtliyə heç təsir etməyən 5 faktor:
- Xoşbəxtliyin yaşla əlaqəsi yoxdur
- Cinsiyyətlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Görünüşlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Zeka səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur (ağıl ayrıdır, zəka ayrı)
- Təhsil səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur
Və müəllifə görə xoşbəxtliyə çox təsir edən 7 faktor:
- Ailə münasibətləri
- Bəlli bir miqdara qədər gəlir səviyyəsi (burada izah edir ki, ona lazım olan miqdar gəlirdən sonra insan 1 milyon da qazansa, 10 milyon da qazansa eyni hissləri yaşayır)
- Peşən və gördüyün işi sevmək, sənin üçün məna kəsb etməsi
- Özünü yanlarında çox rahat hiss etdiyin dost, qonşu, qohum əlaqələri
- Cəsur və azad birisənmi? – sualına öz daxilində verdiyin cavab
- Sağlamlıq (əsas can sağlığıdır deyirdik, məgər ki, 6-cı yerdə imiş)
- Dəyərlərinlə vicdanın rahatdırmı?!
Maraqlıdır və doğrudur, məncə!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Şəkilsiz yazılar seriyası #4 -Özgüvən bacarıqdan öndə olanda
İnsanın özgüvəni olmalıdır, amma bacarığından çox olsa, problem olacaq. Özgüvən yaratmağın yollarından biri də özünüzdə onlarla mənfi xüsusiyyət olsa belə, hər-hansı müsbət hesab etdiyiniz bir cəhəti seçib daima onun üstünə
Haber Global-ın CEO-su Məmməd Gülməmmədovla canlı müsahibəm
Mövzu: Media – gözləntilər, yeniliklər, problemlərdir.
3B1D metodu
Çox maraqlı dünyada yaşayırıq. Nə qədər söysək də, narazı olsaq da maraqlı dünyadır. Şairin dediyi kimi adam hərdən az qalır ki, “ölə, bir düşmən sevindirə” 🙂 Bu qədər maraqlı yəni.

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun