Şəkilsiz yazılar seriyası #7 – Networking nə deyil?!
Çox networking tədbirlərində oluruq. Aşağı-yuxarı bilirik networking nədir. Bəs networking nə deyil?
– Qarşınıza çıxan hər tədbirə getmək deyil
– Hamıdan vizitka toplamaq deyil
– Hamı ilə tanış olmaq deyil. Tanıdıqlarınla davamlı ünsiyyəti saxlaya bilmək önəmlidir
– İşiniz düşəndə kimisə axtarmaq deyil
– Olduğunuz tədbirlərdə ancaq özü danışıb, başqalarına imkan verməmək deyil.
– Hamıya “pozitivəm, gülürəm, işlərim əla gedir” mesajı vermək deyil
– O saat nəsə satmağa çalışmaq deyil
– İlk gördüyün adamla həmin an səmimiyyət qurmaq deyil, kimisə sənə salam verdiyinə peşman etmək deyil
Mənə elə gəlir ki, bir çox adam yuxarıdakı hallarda da elə bilir ki, networking edir. Amma deyil. Bəs Sizcə başqa nələr networking deyil?
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
İş aşırmağın 10 qaydası
Bir də görürsən işlər qarışıb bir-birinə. Heç nəyə vaxt çatdırmaq olmur. Arada sənə elə gəlir ki, bir neçə gün ertələsən öz-özünə düzələcək, amma elə də olmur. İşlər daha da üst-üstə
Şəkilsiz yazılar seriyası #14 – Terminoloji inflyasiya
Laura Empsonun Oxford kitabxanası tərəfindən yayımlanan bir kitabında maraqlı bir şərhə rast gəldim – TERMİNOLOJİ İNFLYASİYA Nədir terminoloji inflyasiya?! Əksərən mahiyyət eyni qalmaqda eyni predmetə fərqli, yeni termin əlavə etməkdir.
Şəkilsiz yazılar seriyası #8 – Bizə özümüzü göstərin
Şirkətlərimizin “8 mart” münasibətilə çəkilən reklamlarda qadın problemləri, qadına şiddət, ayrıseçkilik kimi mövzulara müraciət etməsini doğru hesab etmirəm. Hətta bir az da irəli gedəsi olsam, bunu ucuz populizm hesab edirəm.

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun