Hissetmə – düşünmə – danışma – susma
Bu gün “post hoc” haqqında oxuyanda maraqlı bənzətməyə rast gəldim. İdarəetmə davranışlarında yuxarıdakı 4 hərəkətin ardıcıllığı və ya qarışıq kombinasiyaları fərqli idarəetmə modellərini yaradır. Məsələn;
1. Hiss edir – düşünür – danışır – susur və proses davam edir. İdeal kimi görünür. Çünki fikir bildirdiyin şeyi hiss etmədən söyləsən köklü olmayacaq, kobud desək, öz dərində hiss etmədiyin heç nəyin empatisini qura bilməzsən. Çıxan dərs – yaşanılan təcrübə çox önəmlidir.
2. Düşünür – danışır – susur – hiss edir. Prosesə çox bağlıdırlar. Son haqqında sona çatanda düşünür və nəticəni hiss edirlər. Nəticə haqqında öncədən çox da düşünmür. Prosesə sıx bağlansalar nəticə yaxşı, zəif olsa nəticə də zəif ola bilər. Çıxan dərs – daxili təhrikedici amilləri bil, dərk et və xoşbəxt ol! Daha çox idarəçidir.
3. Danışır – susur – danışır. Yəni danışa-danışa düşünür, danışanda və ya susanda nələrisə hiss etdiyinin fərqində olur.
4. Hiss edir – düşünür – susur arada danışır. Ağıllı siyasətçilərdir. Yerləri amma biznes yox, siyasət meydanı ola bilər. Çünki biznesdə belələri çox düşünüb hərəkətə keçmir.
5. Hiss edir – danışır – düşünür – susur. Təşəbbüskar və cəsarətli olduqlarına görə sahibkar ruhlu da demək olar. Hiss etdiyinin çox düşünmədən üstünə gedir, risk alır, uduza da bilir, amma çox vaxt yekunda qalibdir. Bu adam sahibkardır, idarəçi deyil. O işi qurub, riski alıb idarəçiyə təhvil verməlidir.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Azərbaycanda biznes forumların bugünü və gələcəyi
Heç kimə sirr deyil ki, Azərbaycanda biznes mühiti, iqtisadi münasibətlərə yanaşma əvvəlki kimi deyil. Daha doğrusu devalvasiyadan əvvəlki vəziyyətlə müqayisədə indi daha real və praktik mövqeyin olduğunu görürük. Bu təbii
Şəkilsiz yazılar seriyası #16 – Qərarvermə tükənmişliyi
“Qərar nəzəriyyəsi” haqqında oxuyurdum, özümdə bir suala cavab tapdım. Deməli, nəzəriyyə korporativ və şəxsi qərarların arxasında duran məntiqi öyrənir. Önyarğı, müəyyən alışqanlıqlar, mükəmməliyyətçilik, fürsətləri əldən vermə qorxusu (FOMO) kimi xarakteristik
Şirkətdaxili tədris mərkəzləri universitetlərə qarşı
Təhsil indiki iqtisadi şəraitdə ölkəmiz üçün çox vacibdir. Hətta bir nömrəli prioritet olmalıdır da deyə bilərik. Bəzi şeylər var ki, onları qısa yoldan getmək olmur. Olsa belə, yarımçıqlıq, üzdən olması

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun