Rəhim Hüseynovun əziz xatirəsinə
Ölüm haqdır, mütləqdir. Bir gün hamımız bu dünyadan gedəcəyik, dünya fanidir. Bizdən sonra bizi ancaq əməllərimiz yaşadacaq. İstər bu dünyada, istər o dünyada yolumuza işığı ancaq əməllərimiz tutacaq. Bildiyiniz kimi Azərbaycanda marketinq adına çox işlər görmüş, marketinqin əsasını qoymuş insanlardan biri olan Rəhim müəllimi itirdik. Bu haqda dostumuz Cəbrayıl müəllim və İlkin müəllim də bloqlarında qeyd ediblər, sağ olsunlar. Mən həmin 2-3 gündə bu haqda heç nə yaza bilmədim, çünki qəfil olan hadisənin təsirindən çıxmaq çətin idi. Elm aləmimiz üçün Rəhim müəllimin vaxtsız vəfatı yayın istisində soyuq duş effekti vermişdi sanki. Çox gənc yaşda Rəhim müəllimi itirdik, amma O qısa ömrünə o qədər müsbət əməllər yazdırdı ki, Azərbaycanda marketinq adına hər bir uğurda biz Rəhim müəllimi hörmətlə anacağıq, ona gördükləri işlər üçün çox sağ ol deyəcəyik. Mən bu gün bu bloqu yazmağı özümə borc bildim. Dediyim kimi ölüm haqdır və onun bizi harada yaxalayacağını kimsə bilməz. Biz mütləq yazmalıyıq, yaymalıyıq, paylaşmalıyıq ki, heç olmasa bizdən sonra bizi oxuyanlar faydalansınlar.
Bu bloqda sadəcə Rəhim müəllimlə olan ortaq bir çox xatirələrimizi paylaşmaq istərdim.
Mən Rəhim müəllimin haqqında hələ tələbəlik vaxtları eşitmişdim. İqtisad Universitetində Kotlerin tərcümə olunmuş kitabının təqdimatı zamanı eşitmişdim ilk dəfə. İlk əyani tanışlığım isə İlkin vasitəsilə oldu. O vaxt biz Marketing AİR təlimlərinə başlamışdıq, eyni zamanda Facemark.az yeni-yeni fəaliyyətə başlamışdı. Günlərin bir günü İlkin mənə zəng etdi ki, Rəhim müəllimlə görüşdüm, ordan-burdan danışdıq, facemark.az-ı da, marketing air-i də yüksək qiymətləndirdi, bir gün mənimlə də görüşmək istədiyini bildirdi. Və yenə günlərin bir günü İlkinlə sonralar dəfələrlə olduğumuz AMC-yə yollandıq. Öz əlləri ilə bizə çay dəmlədi, indiki kimi gözümün önündədir. Samovar çayı içə-içə keçmişdən-gələcəkdən danışdı, bizi xeyli həvəsləndirdi. Gələcəkdə müvəffəqiyyətdən baş gicəllənməsi olmasın deyə vaxtilə birçoxlarının etdikləri səhvləri bizim etməmizi tövsiyə etdi. Çox sevinirdi ki, biz minimum resurslar hesabına marketinq adına belə işlər görürük. Hərəmizə də bir kitab hədiyyə edib yola saldı həmin gün. Rəhmətlik, elə hey İlkinə “Sənin kitabını AMC çap etdirəcək, xəbərin olsun” deyirdi. Qismət olmadı, kitab hələ çıxmayıb, amma düşünürəm ki, İlkin bu kitabda bu xatirələrə mütləq yer verəcək.
Mən Rəhim müəllimin haqqında hələ tələbəlik vaxtları eşitmişdim. İqtisad Universitetində Kotlerin tərcümə olunmuş kitabının təqdimatı zamanı eşitmişdim ilk dəfə. İlk əyani tanışlığım isə İlkin vasitəsilə oldu. O vaxt biz Marketing AİR təlimlərinə başlamışdıq, eyni zamanda Facemark.az yeni-yeni fəaliyyətə başlamışdı. Günlərin bir günü İlkin mənə zəng etdi ki, Rəhim müəllimlə görüşdüm, ordan-burdan danışdıq, facemark.az-ı da, marketing air-i də yüksək qiymətləndirdi, bir gün mənimlə də görüşmək istədiyini bildirdi. Və yenə günlərin bir günü İlkinlə sonralar dəfələrlə olduğumuz AMC-yə yollandıq. Öz əlləri ilə bizə çay dəmlədi, indiki kimi gözümün önündədir. Samovar çayı içə-içə keçmişdən-gələcəkdən danışdı, bizi xeyli həvəsləndirdi. Gələcəkdə müvəffəqiyyətdən baş gicəllənməsi olmasın deyə vaxtilə birçoxlarının etdikləri səhvləri bizim etməmizi tövsiyə etdi. Çox sevinirdi ki, biz minimum resurslar hesabına marketinq adına belə işlər görürük. Hərəmizə də bir kitab hədiyyə edib yola saldı həmin gün. Rəhmətlik, elə hey İlkinə “Sənin kitabını AMC çap etdirəcək, xəbərin olsun” deyirdi. Qismət olmadı, kitab hələ çıxmayıb, amma düşünürəm ki, İlkin bu kitabda bu xatirələrə mütləq yer verəcək.
Daha sonra biz FMR TV-ni açdıq. İlk verilişdən bir neçə gün keçmişdi. Rəhim müəllim telefonuma zəng etmişdi. Təbii ki, bizi belə bir layihəyə başladığımız üçün təbrik etdi və tv işi, ümumiyyətlə jurnalistika ilə bağlı öz tövsiyyələrini verdi. O zaman mən Rəhim müəllimə qulaq asa-asa düşünürdüm ki, iş vaxt və bu qədər işi-gücü olan adam vaxt tapır və bizə məsləhətlərini verir. Açığı heyranlığımı gizlədə bilməmişdim. Daha sonra İlkinin apardığı verilişdə qonaq belə oldu. Məncə həmin veriliş hələ bundan sonra çox izləniləcək, izlənilməlidir. Verilişi izləmək üçün – http://facemark.tv/marketing/video/AMC-idare-heyetinin-sedri-Rehim-Huseynov-FMR-TVde Bu veriliş video.az-da düz 12000 dəfə izlənilib.
Rəhim müəllimin son zamanlar sanki hər danışığı öyüd-nəsihət xarakteri daşıyırdı, hey hamımızı bir olmağa və Azərbaycan üçün nələrsə etməyə çağırırdı.
Ondan sonra MMF2013 ərəfəsində bizim necə əziyyət çəkdiyimizi görürdü və yenə bizi başına yığdı. Spikerlərlə foruma 2 gün qalmış olan görüşü heç yadımdan çıxmaz. İşdən sonra hamımız yorğun şəkildə toplaşmışdıq, amma Rəhim müəllim həvəslə bütün spikerləri aktiv olmağa dəvət edirdi. Aşağıdakı şəkilə baxanda hər sözü qulağımda səslənir, kövrəlirəm. Sonda da yığışıb belə bir şəkil çəkdirdik.
Bu şəkil isə ölümündən cəmi bir neçə həftə öncə və bu dəfə MMF2014-ün müzakirəsindən çəkilib. Bu dəfə də spikerləri yığmışdıq və Rəhim müəllim yenə forumla bağlı öz məsləhətlərini həvəslə verdi. Sonra öyrəndik ki, çox vacib bir işini sırf bizim spikerlərimizlə görüşmək üçün ləğv etmişdi. Elə o vaxt ilk sözü bu oldu ki, vaxt var idi, adam tapmırdın marketinqdən danışmağa, indi maşallah çoxuq, bu məni çox sevindirir.
Yenə ölümündən bir neçə ay öncə Marketing AİR-in qonağı olmuşdu. İşlərinin çoxluğuna baxmayaraq bizim Marketing AİR təlimlərimizdən sonra çölə çıxanda bir də görürdün Rəhim müəllim küçədə durub, söhbət edir. Bizi görən kimi hər şeylə maraqlanardı. Anar da, İlkin də və mən də həmişə öz aramızda Rəhim müəllimin bu işləri necə çatdırdığını müzakirə edirdik. Enerji dolu idi, Rəhim müəllim. MMF2013-də forum ərəfəsi hazırlıq zamanı gecənin bir aləmi idman paltarında bizi ziyarət etmişdi hətta.
MMF2013-də açılış nitqini etmişdi. MMF2014-də də açılışı nitqini edəcəkdi. Qismət olmadı. Amma biz təbii olaraq bu ilki MMF2014-ü Rəhim müəllimin əziz xatirəsinə həsr edəcəyik. Və daha çox çalışacağıq ki, forum daha səmərəli, daha gözəl olsun. Çünki o gün zalda bizimlə bərabər Rəhim müəllim də olacaq. Biz onu zalda hiss edəcəyik. Burada MMF2013-də çıxış etmişdi – http://facemark.tv/marketing/video/3P-Milli-Marketinq-Forumunun-I-Paneli
Və ən son 29 martda Rəhim müəllim bir çox yaxın dostlarını və eləcə də marketoloqları yenə AMC-yə yığmışdı. Yüksək səviyyədə və olduqca səmimi mühitdə çoxdan bir-birini görməyən dostlar bir arada idi. Yəqin ki, həmin görüşü bir çoxları xatırlayır. Aşağıda isə Sanar müəllim hamımızı bir araya yığıb həmin ani tarixə köçürdü. Sonda Rəhim müəllimin çıxışını xatırlayıram. Doğurdan da bir çox dostlarımızın yazdığı kimi sanki vida nitqi idi. Rəhim müəllim dövlətdə önəmli strukturlarda çalışmışdı. Amma onunla hər görüşdə hiss edirdin ki, o marketoloqla danışmaqdan zövq alır. Ruhən marketoloq idi axı, özü də bu haqda danışanda zövq alırdı.
Rəhim müəllim haqqında keçmiş zamanda danışmaq çox çətindir. Allah rəhmət eləsin. Ondan çox şey eşitdik, çox şey öyrəndik. Və bundan sonra da özünü marketinqin inkişafına həsr edən bütün dostlarımız, maksimum çalışacaqlar ki, vaxtilə çəkilən zəhmətlər bəhrəsiz qalmasın. Bir elmin inkişafı üçün bir insan ömrü yetərli olmaya bilər, bu iş bəlkə də çox uzun illər alacaq, amma buna əminəm ki, bunu biz-siz etməsəniz hər keçən gün illərlə geriyə düşəcəyik. Çalışaq ki, əməllərimizlə xatırlanaq. Həmişə qəlbimizdəsiniz, Rəhim müəllim. Sizi unutmayacağıq. Məkanınız cənnət olsun, inşallah.
Mən marketinq sahəsində 6 ilə yaxındır ki, çalışıram. Və bu illər ərzində məni tanıyan dostlarım da bilir ki, bütün işlərimdə təki marketinq inkişaf etsin prinsipini əsas tutmuşam. Və bu illər ərzində marketinq sahəsində mənə İLK MÜKAFATI da Rəhim müəllim vermişdi. İş masamda hər gün gözümün önündədir. Bu gün də işdən çıxarkən bu şəklə gözüm sataşdı və bu bloqu yazmaq qərarına gəldim. Sözün bitdiyi yer…
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Məhərrəmin 5 yaşı oldu
Bizə elə gəlir ki, dünya məhz bu dövrlər çox qaynardır. Əvvəllər sanki dünya daha sakit idi. İndi isə hər gün hardasa nəsə baş verir, insanlar kütləvi şəkildə qırğına verilir, hər
Marketinqdə “çaynikbaş” metodu
Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir
Marketing AIR 6 da belə bitdi
3 il öncə Atatürk prospektindəki “Park Fore” restoranında marketinq təliminə start vermək ideyası haqqında müzakirə apararkən təsəvvür etməzdik ki, bu yerlərə qədər gəlib çıxa bilər. Marketing AİR -in necə yaranmasını
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun