Marketinqdə “Rəqsanə metodu” nədir?

Marketinqdə “Rəqsanə metodu” nədir?

Artıq 2 ildən çoxdur ki, Azərbaycanda marketinq sferasında ən böyük sosial meydan – Marketinq Azərbaycan var. Yəqin bir çoxlarınız bilirsiniz və görürsünüz ki, son 1 aydır ki, qrup ətrafında söz-söhbətlər səngimək bilmir. Kimsə bilərəkdən, kimsə bilməyərkdən, kimsə də sadəcə “məndə varam” deyib qrupu qaralamaqla məşğuldurlar. Bu yazıda bütün olanlara qrupun adminlərindən biri olaraq fikrimi bildirəcəm. Yazını sona qədər oxusanız “Marketinqdə Rəqsanə metodu” nədir sualına cavab tapacaqsınız. Beləliklə,

  • Marketinq Azərbaycan necə yarandı?
Bu haqda daha öncə bloq yazılarımın birində ətraflı yazmışdım. Maraqlananlar bu yazıları oxuya bilərlər: 1) Marketinq AT başında 2) Yazmağın ləzzəti. Siz bu 2 yazını oxusanız kifayət edəcək ki, görülən işlər, qrupun yaranması haqqında məlumat alasınız. İndi sadəcə xırda əlavələrimi edirəm. Bu qrup ciddi ehtiyacdan yaranıb. Çünki o vaxtadək bəlli yerlərdə çox dar səviyyədə kimsə nəsə fikir bildirə bilir, açıq irad və paylaşımlar edə bilirdi. Gənc ölkənin təəssüf ki, o zamanadək tək-tük platforması var idi ki, o da bərbad vəziyyətdə. Buna baxmayaraq bütün çatışmazlıqları ilə həmin platforma da marketinqin inkişafına ciddi xidmət edib, bunu mütləq qeyd etmək lazımdır. Lakin təkcə zaman yox, düşüncələr də dəyişməlidir. O dövrə xas olan qruplaşmalardan uzaq hamının ortaq iştirak edə biləcəyi bir qrup yaratdıq və oraya bizi özünə dost və düşmən bilən hər kəsi dəvət etdik. Göydə Allah, yerdə də dostlar şahiddir ki, bütün “cinahlardan” olanların çoxunu da qrupa admin etdik. Necə ki, indi 15 admin var, o vaxt da elə 12-13 admin olardı. Nə baş verdi? Heç nə. Onlardan bir çoxu əlimizi geri çevirərək sadəcə qrupdan çıxdılar, çıxmaq bir tərəfə arxamızca hər yerdə danışmağa başladılar. Və bu gün adamlar tapılır ki, qrupun 3 nəfərin, nə bilim bəlli çevrənin qrupu olduğunu, diktaturanın hökm sürdüyünü iddia edir. O cür düşünən insanlar bu yazını oxumalıdır. Yəni biz zamanında bu addımı atdıq, amma əksini gördük. Üstəlik həmişə danışanlara fürsət tanıdıq ki, gəlin birlikdə işlər görək, amma yenə də onlar danışdılar və danışdılar. Əvəzində isə biz sayını xatırlmayacaq qədər yeni aktivliklərə imza atdıq. Qrupda öz dostlarıdır, tanışlarıdır, nə bilim sifarişli qətllər falan olur tipli düşünənlər bu yazını və yuxarıdakı 2 yazını oxumalıdır. Əgər oxuyandan sonra da elə düşünürlərsə, bax budur “Marketinqdə Rəqsanə metodu”.
  • Adminlər qərəzli və boş-bekar adamlardır?
Son olaylar əsasən nəyi post etmək olar, nəyi yox sualı üzərindən cərəyan edirdi. Kimsə ona haqsızlıq edildiyini düşünür, kimsə rəqibin bostanına daş atır, kimsələr də “nə olar nə olmaz” sualına cavab tapmağa çalışırdı. Dərinə getmədən bəzi şeyləri diqqətinizə çatdırım. Marketinq Azərbaycan qrupu şirkət deyil, bu qrup pul qazanmaq məqsədilə açılmayıb, Sizi kimi insanlar könüllü əsaslarla qrupu aktiv saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Hansısa işi görürlər, aktivliklər edirlər (hətta tutaq ki, keyfiyyətsiz edirlər, amma ən azı nəsə edirlər) ki, marketinq inkişaf etsin. Birlikdə böyüyək, inkişaf edək. Amma elə düşünənlər var ki, qrupda adminlərin işi gücü yoxdur, boş-bekar adamlardır, kimin ürəyi istəsə onların bostanın daş ata, adminlər hara baxır, bazara döndü falan söhbətlərlə baş qata bilərlər. Əvvəla qrupda hazırda 15 admin tamamilə demokratik əsaslarla seçilib. Heç kim deyə bilməz ki, mən də istədim admin kimi aktiv iştirak edim, yaxın buraxmadılar. Heç kim bu sözü deyə bilməz. Kiçik misal. 1-ci kurs tələbəsi bir dostumuz mənə facebookda şəxsən PM atdı ki, mən də adminlərin görüşündə olmaq, Sizə dəstək vermək, yaxından iştirak etmək istəyirəm. Biz gəl dedik, ancaq sevinərik buna dedik. Hamıya, hər fikrə açıq olduq. Təəssüf ki, o adam görüşə gəlmədi sonra, amma istənilən halda biz hətta bir çoxlarının təfəkkürü ilə “dünənki uşaq”larla da birgə məmnuniyyətlə işləməyə razı idik. Dırnaq içində yazdığım ifadəyə görə ümidvaram onu işlədənlər utanacaqdır. Və beləcə toplandıq, qərarları müzakirə etdik. Ortaya bir şey çıxardıq. Hətta həmin görüşə bu gün neqativ şərhlər yazan çox insanlar dəvətli idilər, amma bir çoxları sadəcə gəlmədi. Adminlərimizdən elələri də oldu ki, üzrlü səbəblərdən aktiv iştirak və nəzarət edə bilməyəcəyinə görə könüllü şəkildə bu işi başqalarına həvalə etdi. Dəfələrlə yığışdıq, gecə demədik, gündüz demədik, nəsə etməyə çalışdıq. Bundan artıq əgər kiməsə yalvarmaq lazımdırsa, deyin, gələn dəfə bunu da edək, indi bilməmişik, bir qələtdi eləmişik 🙂 Və bilməyənlər də bilsin ki, qrupun adminləri hərəsi öz sahəsində lider şirkətlərin birində mühüm vəzifədə çalışırlar, kifayət qədər məşğul və professional insanlardır.  Sizə qarşı Sizdən biri kimi özlərini aparırlarsa (əslində elə sizdən biridirlər də) o demək deyil ki, onları çaya dəvət etmək, onları yeri gəldi-gəlmədi təhqir edəcək səviyyədəsiniz. Qrupdan heç bir admin pul qazanmır, heç bir admin boş-bekar adam deyil, heç bir admin də dominant, cəllad deyil. Hətta son post silinmə olaylarının birində müəllifin özünün öz postunu qəsdən silərək gündəm olma isyəti ortaya çıxdı. Amma bu proses aydınlaşana qədər leş qarğaları kimi adminlərin üstünə hücuma keçənlər görəsən indi buna görə utanırmı? Kim qrupda könüllü əsaslarla qrupun işində iştirak etmək istəyirsə, yenə buyursun. Əgər bu açıqlamadan sonra da kimsə yenə də düşünürsə ki, qrupun adminləri öz adamlarıdır, qərəzli və məqsədli seçilib, xeyli pul qazanırlar, yalnız öz işlərini qoyur müzakirə edirlər, başqalarını pisləyirlər, qıraqdan heç kimi yaxına buraxmırlar – bax onda budur “Marketinqdə Rəqsanə metodu”.
  • Ölkənin ilk milli marketinq forumu keyfiyyətsizdir?
Bu fikirlərə də rast gəldik. Çox da normaq qarşılayırıq, razılaşmasaq belə. Əvvəla deyək ki, forumun keyfiyyəti aşağıdır. Bu əslində təşkilatçıların keyfiyyətinin aşağı olması yox, şirkətlərin və əməkdaşlarının keyfiyyətinin aşağı olmasıdır. Bazarda nəyiksə oyuq da, burda təəccüblü nə var ki. Böyük bir şirkətin meneceri çıxıb forumda nağıl danışırsa, sizcə bunun günahı təşkilatçılardadır? İkinci səhv fikir var ki, guya ancaq özləri istədikləri adamları foruma dəvət edirlər. Ağ yox, qara yalandır. Bilənlər bilir ki, biz istər ilk forumda, istərsə də MMF2014-də yenə də hər kəsi dəvət etdik. Böyük agentliklər hansı ki, danışanda çox böyük danışa bilirlər, sadəcə gəlməkdən imtina etdilər, böyük marketinq “dühaları” hansı ki, cəmiyyətə özlərini elə sırmışdılar, onlar da gəlməkdən imtina etdi. Əgər ad istəsiniz, PM atın, tək-tək deyim adları. Public yazmaq etik deyil sadəcə. Bəzilərinin arqumenti bilirsiniz nə idi? Orada filankəslər də varsa, mən səviyyəmi sala bilmərəm, nə bilim filan şirkət nə bilir filan şey nədi və s.  Azərbaycan balaca yerdir, barmaqla sayılacaq qədər böyük şirkətlər və “böyük” olan və özünü “böyük” hesab edən şəxslər var. Onların 99%-nə dəvətlər edilmişdi. Bundan artıq nə etməli idi təşkilatçılar? İndi Sizcə forum keyfiyyətsizdir deyənlər, ancaq öz dostlarını dəvət edirlər deyənlər, gəncləri küçümsəyirlər deyənlər görəsən nə düşünür? Yenədəmi o fikirdədirlər? Əgər yenə də o fikirdədirlərsə, bax budur “marketinqdə Rəqsanə metodu”.
  • Marketing AİR faydasızdır?
Azərbaycanda 3 il öncə ilk praktik marketinq təlimləri keçirilməyə başladı. O təlimləri də elə marketinq azərbaycan qrupunun adminlərindən 3-ü etdi. Nəticə bilirsiniz nədir? 250-dən çox məzun, ildə 2 dəfə olmaqla 5-ci dəfə təlimin keçirilməsi, 250 məzunun 90%-nin hazırda uğurlu yerli və xarici şirkətlərdə çalışması, AİR məzunlarının hətta qurduqları şirkətlərin bu gün heç kimi bəyənməyən dostların şirkətlərindən daha öndə olması, daha çox iş görməsi, bu gün iş axtaran əksər insanların təlimçilərə sırf öz məzunlarından tövsiyyə etməsini istəməsi və ən əsası artıq çox sevinərək deyim ki, əksər şirkətlər AİR iştirakçısı və AİR diplomlarının qeyri-rəsmi olaraq birmənalı şəkildə qəbul edilməsidir. Sloqanımız çox sadədir – biz öyrətmirik, paylaşırıq. Az bildiklərimizi paylaşırıq. O adamlar Azərbaycanda biznesdə heç bir kitabda yazılmayanları o sahənin içində olan adamların dilindən dinləyir. Bunun qiyməti ölçə bilirsinizmi? Həmin təlimlərdən sonra onlarla bloq yazarları çıxdı və kifayət qədər də uğurlu oldular. Bu gün onlardan biz özümüz çox şey öyrənirik və öyrənməyə də davam edəcəyik, onların hər birinin uğuru bizi sevindirir. Marketing AİR-e hava deyənlər dostlar, hanı bəs Sizin yaratdığınız nə bilim ad school-lar, filan məktəb, filan akademi, bəhmən fotoqrafı və s. hanı? Kağız üzərində açılıb-bağlanan nə layihələr gördük. O işi görmək üçün zəhmət lazımdır. Və də obyektiv olmaq. Ətrafda eşidirəm ki, AİR haqqında “professional deyillər, səviyyə aşağıdır, bahadır, iştirakçılar 2-ci dərəcəli şirkətlərdəndir və s” Əzizlərim, alternativ hanı? Bu gün Sizin bəyənmədiyiniz biz 2-cilər 5-ci dəfə bunu etdik, ciddi zaman itkisi və zehni yorğunluq verən bu işi az qala komputer proqramlarının tədirs haqqı qədər olan qiymətmi bahadır? Əgər bu bahadırsa, Sizlərin qurmaq istəyib də qura bilmdəyiniz təlimləri neçəyə planlaşdırmışdınız? Əgər bunlardan sonra yenə düşünənlər varsa ki, marketing air havadır, bax budur “marketinqdə Rəqsanə metodu”.
  • Facemark.az nələr edib?
Vaxt var idi, Azərbaycanda marketinqə aid 1 sayt var idi, yaxşı da işlər görülürdü, amma kifayət qədər qüsurlarla birlikdə. 2-cisi yarandı və tamam fərqli və hər kəsə açıq bir platforma olaraq. Heç kim deyə bilməz ki, hətta tələbə belə ki, mən sizin sayta yazı göndərmişəm amma çap edilməyib, heç bir şirkət deyə bilməz ki, mən Sizə press-reliz göndərmişəm, amma çap edilməyib. Fərqimiz də bu idi zatən. Ya düzgün edəcəksən, ya da düzgün edəni tapılacaq, başqa yol yoxdur. Bu gün facemark.az 25-dən çox beynəlxalq marketinq, reklam festivallarının Azərbaycan üzrə media partnyorudur. Siyahının bir qisminə buradan baxa bilərsiniz. Təkcə bu ay hansı ki, qrupda lazımsız söz-söhbətlər gedən vaxt biz yenə durmurduq, parallel olaraq 4 yeni və çox önəmli marketinq aktivliyinin media dəstəkçisi olduq və orada Azərbaycandan nümayəndə heyəti olaraq iştirak edəcəyik. Bunlara Çexiyada Marketing Festival 31 oktyabr – 02 noyabr, Finlandiyada Eurobest 1-3 dekabr, Türkiyədə Pazarlama Zirvesi 3-4 dekabr, Fransada Crystal Festival 16-20 dekabr tarixlərində olacaq. Dünyanın ən böyük reklam və marketinq festivalı olan Cannes Lions-un belə ölkə üzrə yeganə media partnyoru Facemark.az-dır. Biz bu işi sevərək, istəyərək və təmənna güdmədən etmişik, danışmamışıq, başımızı aşağı salıb işləmişik. Əziyyəti keçən hər kəsə də fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm. Bu tip festivallarda arzu edənlərin təmənnasız iştirakı üçün hər il əlimizdən gələni edirik, adamlar göndəririk. Boğaziçi Universitetinə 3 ildir ki, 100-dən çox tələbə və meneceri 2 həfətlik təcrübə proqramına göndəririk. (Brandmarker). Facemark.az həm də Azərbaycanın ilk marketinq televiziyasının həmtəsisçisi, dəstəkçisidir. Facemark.az bu gün həm də rentabelli olmasa belə, böyük məmnuniyyətlə Azərbaycan menecerlərinə türkiyə və rusiyanın marketinq, reklam jurnallarını gətirib birbaşa ünvanlarına çatdırır. Bu işin xərci və qazancının nə olduğunu bilə-bilə yenə də bu iş reklamdır, niyə bunu yayırsınız, niyə reklam edirsiniz və s. deyənlər var. Yumşaq desək, axı Siz bunu dünənə kimi etmirdiniz? Niyə bu işin əlavə bütün xərclərini öz üzərinə götürən facemark.az-ı görməzdən gəlirsiniz. Çox yüksək professionallıqla olmasa belə kimsədən yardım, sponsor istəmədən öz gücümüzə nələrsə etməyə çalışmışıq və etmişik. Bu gün çox uğurla marketinq.net, banco.az, banker.az, biznesinfo.az, marja.az və adını hazırda unutduğum bir neçə biznes saytları var ki, onları görüb sevinməmək olmur. Hər biri dostlarımızdır, hər birindən həm öyrənir, həm də istənilən zaman dəstək olmağa hazırıq, lazım gəldikdə dəstək olmuşuq da. Ona görə ki, biz bu işdə rəqib gözü ilə oynamırıq, birlikdə sektorumuz inkişaf etsin, bizə də gələcəkdə “çalışdılar, nəsə etdilər” desinlər, arxamızca söyməsinlər. Heç kimə də düşmən, rəqib gözü ilə baxmamışıq, daim onlara tərəf addım atmışıq. Amma bu gün bizi düşmən, rəqib gözü ilə görənlər var. Azərbaycanda uzun müddət maarifçilik saytları pul qazanmayacaq, oxumuruq zorla deyil ki. Amma buna baxmayaraq bu işi davam etdirən dostlara haqsızlığı necə etmək olar.  Xaricdə marketinq tədbirlərində olduqca, orada marketinqin haralara gəldiyni görüncə içində insan təəssüf və həsəd hissi keçirir. Biz də niyə olmasın deyir. Biz də məhz bunların bizdə də olması üçün çalışırıq. Əksini düşünən varsa, bax budur “marketinqdə Rəqsanə metodu”.
  • Dumana kimlər və niyə düşür?
Qrupda olan son dialoqlarda çox maraqlı bir təbəqə var idi. O təbəqə məsələn, yeri düşdü-düşmədi kimsə qrup haqqında pis nəsə yazıbsa, həmən girişib dəstək olur, bütün neqativlərini tökməyə çalışırdılar. Məsələn, bir üzvün postunun silinməsi iddiası ilə açdığı müzakirədə əməlli başlı qrupu bəyənməyənlər ortaya çıxdı. Və bu fürsətdən istifadə edib ürəklərində nə vardısa açdılar. Kobud desək dumana düşdülər. Sonradan məlum olanda ki, postu müəllif özü silib, yəqin ki, ifşa olunmaları bir qədər özlərinə xoş təsir bağışlamadı. Məsələ bu deyil əslində. Demək istədiyim odur ki, həyat çox qısadır. Bu qədər kin-nifrəti içinizdə cəm etməyin, buna dəymir vallah. Bəyənmirsinizsə, demokratik hüquqlarınızdan istifadə edin. Başqalarının demokratik haqqlarına daha niyə girirsiniz ki. “bazar, qrup adminləri hara baxır, burda neçə marketoloq var, qrupda keyfiyyət ölüb, paylaşımlar keyfiyyətsizdir, qrupdakı şirkətlər ikinci dərəcəlidir, üzvləri səviyyəsizdir” tip şərhləri az qala hər narazı postun altında görə bilərsiniz. Əzizlərim, qrupda 4000-dən çox adam var, 4 yox a 4000. Siz axı 4 nərəfsiniz şərti desək, niyə 4000-nin haqqına girirsiniz? Qrup bazardısa, o bazarda Sizin nə işiniz var, yox bazar olsa belə, mən də qolumu çırmalayıb düzəltməyə çalışacam deyirsinizsə, hanı bu istək, niyə biz onu görmürük və ya başqa cür desək onu görmək üçün nə etməliyik?! Elə dostlar vardı ki, guya öz aləmlərində bizi yoxlamaq üçün postlar edirdilər, elələri var idi ki, heç vaxt paylaşım etməyib indi bu söhbətdə qəhrəman olmaq istəyir, elələri də var idi ki, özünün heç bir postu silinməyib, amma elin dərdini çəkir. Səmimi olaq məncə. Qrupun aktiv üzvlərini mənfi yöndə hədəf seçməklə bilirsiniz nə edirsiniz? Onların ətəyindən tutub qalxmaq istəyirsiniz. Bu kənardan çox aydın sezilir axı. Rəqsanə də o vaxt belə etmişdi, gündəmdə qalmaq üçün özündən məşhurlarla intirqaya girmişdi bilərəkdən. Sizə gündəm lazımdırsa, deyin onu tapaq verək, amma etməyin belə şeylər. Və eyni zamanda elələri də var ki, kənardan seyr etməklə ikili oynayırlar. Həyat onu iki cür yaşayacaq qədər uzun deyil, dostlar. Yox yenə də edəcəm, özüm bilərəm deyirsinizsə, bax budur “marketinqdə Rəqsanə metodu”.
Metod haqqında bu qədər. Sonda isə bir yazımdan sitatı burada paylaşıram. Yerinə və zamanına uyğun sözlərdir.

Ne olursa-olsun calisaraq sevinceyik, ishimizi istirahete cevireceyik. Neticede zirvede olacayiq, amma bizimle beraber ilanlarin da zirvede olmasindan narahat olmayacayiq, cunki onlar SURUNEREK, BIZ ise SUZEREK gelmishik zirveye. Mutleq ki, risk edeceyik, bezen lazim olanda axmaq kimi gorunub, eslinde agilli adimlar atacagiq. Amma zirvedeyken de gorduyumuz ishlerin arxasinda duracayiq, ugur pillekaninda yuxari addimladiqca, altdaki pilleleri, insanlari sindirmayacayiq ki, bir gun cixdigimiz kimi de dushe bilerik ve o insanlarla yeniden qarshilasha bilerik. Tebii ki, zirvede sehv de edeceyik ve bu sehvi her kes tez gorecek, hiss edecek, cunki zirvedeki sehv gunesh tutulmasina benzeyir. Onu her kes gorur. Bu sehvimizden belke de netice cixaracayiq, belke de uduzacagiq, itireceyik, amma yene unutmayacagiq ki, zenginler pulu cox olan yox, onu itirenden sonra tapmagi bacaranlardir. Biz de ele olacagiq, uduzsaq bele uduzdugumuzu hec zaman qebul etmeyeceyik, mubarize aparacagiq, tebii ki qalib olacagiq,cunki mubarize aparan neticeden asili olmayaraq qalibdir, Nesimi kimi, Babek kimi ve s.

Ustumuze dalgalar gelecek, amma BIZ bir yol tapacagiq, tapa bilmesek o yolu yaradacagiq, amma dalganin BIZI udmasina imkan veremeyeceyik. Cunki mubarize apaririq ve bunu mutleq qiymetlendirecekler. Kim de bunu etmese, yene rahat olacagiq cunki “O her sheyi gorur” .

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Marketoloqlar, yoxsa market adamları

Gələcək marketoloqlara tövsiyyələrim Əslində bu yazının adını lap çoxdan düşünmüşdüm və özümdə də qeyd etmişdim. Neçə müddətdir düşünürdüm yazmaq istədiklərimə daha nələri əlavə edə bilərəm. Bu gün qərara gəldim ki,

Köşə yazıları 0 Comments

Marketoloqun stres altında işləməsi kimə faydalıdır?

Dekabr girəndən mart çıxana kimi olduqca gərgin bir 3 ay keçirdim. İşin biri bitməmiş o biri, bu biri başlamamış yenisi və s. deyə-deyə, edə-edə gəldik mart sonuna. Məlumat üçün deyim

Münasibət 0 Comments

Səliqəsiz, intizamsız, maraqlı adamın həyatı və ən bəyəndiyim 22 deyimi

Bu yazını hamımıza tanış, şəkli adından daha çox tanınan Eynşteyn haqqında yazmaq qərarına gəldim. Mənim üçün həmişə maraqlı olub ki, 20-ci əsrin adamı adını almış bu adam necə bir həyat

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın