Azərbaycanda marketinq (müsahibə)
Dostlar, bu yaxınlarda Azpublika saytı üçün MBA-dan tanıdığım tələbələrdən olan Aysel xanımın təşəbbüsü ilə söhbətləşdik. Mövzumuz isə ümumən marketinq, Azərbaycanda marketinqin hazırkı vəziyyəti haqqında idi. İstədim həmin müsahibəni bloq oxucularımızla da paylaşım. Ümidvaram ki, oxucular özləri üçün faydalı nələrisə götürə biləcəklər. Aşağıda müsahibənin tam versiyasını oxuya bilərsiniz.
Əvvəlcə deyərdiniz marketinq nədir?
Marketinqə aid kifayət qədər çox tərfilər, izahlar mövcuddur. Bunların hər birinə fərqli prizmalardan haqq qazandırmaq olar. Amma dəqiq olan bir tərif var. Marketinq şirkətin qazanc əldə etmək məqsədilə göstərdiyi xidmət və fəaliyyətlər toplusudur. Qazanc əldə etmək məsələsini bir daha vurğulayıram.
Hazırda Azərbaycanda marketinqin müəssisələrə, firmalara böyük təsiri varmı?
Təsir əvvəl də olub, indi də var. Amma indi təsirdən daha çox ehtiyac var deyərdim. İndi şirkətlərimiz daha düzgün marketinq strategiyasına ciddi ehtiyac hiss edirlər.
Azərbaycanda marketinq rəqabət qabiliyyətini artırır?
Sual əslində tam aydın olmadı. Yəqin ki, marketinqin rəqabət qabiliyyətini artırıb-artırmamasını soruşursunuz. Elədirsə, təbii ki, artırır. Marketinq şirkətin rəqabət üstünlüyünü üzə çıxaran, üzə çıxarmaq, onu hazırlamaqla kifayətlənməyib bunu müştərilərə də lazımı kanallar vasitəsilə çatdıran fəaliyyətdir.
Bütün vakansiya elanlarında satışla bağlı mütəxəssis axtarıldığı yazılır. Hər kəs “sata bilir”?
Hər kəs sata bilmir. Hansısa fazada qırılıb qalır və ya zəif olur. Satışın məqsədi çox satmaq, marketinqin məqsədi isə sonda pul qazandırmaqdır. Bunu istər marketinq, istər satış menecerləri daha yaxşı dərk etsələr, məncə, hərə öz işini mükəmməl görə bilər.
Əmək bazarında bu ixtisasa tələb kifayət qədərdir. Ölkəmizdə dinamik, operativ, daim yeni informasiya axtarışında olan gənc peşəkar marketoloqlar yetişir?
Əlbəttə ki, yetişir. Yeni yetişən marketoloqlar daha proqressiv, daha savadlı olurlar. İnanıram ki, gələcəkdə bu sahədə çox yaxşı mütəxəssislərimiz olacaq. Elə indi də var, günümüzün reallıqları daxilində kifayət qədər yaxşı işlər görə bilirlər.
Marketinqin fəaliyyəti təkcə satışın yüksəlməsinə yönəlir yoxsa başqa sahələrinə də təsir edir?
Marketinq satışdan əvvəlki, satış və satışdan sonrakı mərhələləri əhatə edir. Onu ancaq satış kimi görmək böyük yanlışlıq olardı. Yuxarıda da yazdığım kimi məqsədlər fərqlidir. Satış çox satmaq istəyir, marketinq isə çox qazanmaq. Çox satmaq hələ çox qazanmaq demək deyil, ona görə də bu fazada dövriyyəyə marketinq girir. Bununla belə satış marketinqin ən açıq nəticə göstəricilərinin başında gəlir. Bunu danmaq olmaz.
Yazar haqqında
Editor review
Summary
Azərbaycanda Marketinq mövzusunda Azpublika.info saytına müsahibəm
Həmçinin oxuya bilərsiniz
Xəzər Tv “Vitrin” verilişinin qonağı kimi “Gözəllik sektorunun xüsusiyyətləri” mövzusunda danışdıq.
Əziz dostlar, bu dəfəki bloq yazımda Sizinlə Xəzər TV-də yeni yaradılmış “Vitrin” verilişindəki çıxışımı paylaşacam. İlk öncə Xəzər TV-ni həmişə bu cür yenilikləri ilə tamaşaçılarını sevindirdiyi üçün təbrik edirəm. Bu
Təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir
Zaman keçikdicə bir daha əmin oluram ki, ölkəmizdə köklü dəyişikliklərin təməli təhsildədir. Ondan kənarda bir çox şeyin ya altı boş olur, ya üstü natamam, böyür-başı da qeyri-müəyyən. Təhsillə bağlı son
Səliqəsiz, intizamsız, maraqlı adamın həyatı və ən bəyəndiyim 22 deyimi
Bu yazını hamımıza tanış, şəkli adından daha çox tanınan Eynşteyn haqqında yazmaq qərarına gəldim. Mənim üçün həmişə maraqlı olub ki, 20-ci əsrin adamı adını almış bu adam necə bir həyat

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun