Hissetmə – düşünmə – danışma – susma
Bu gün “post hoc” haqqında oxuyanda maraqlı bənzətməyə rast gəldim. İdarəetmə davranışlarında yuxarıdakı 4 hərəkətin ardıcıllığı və ya qarışıq kombinasiyaları fərqli idarəetmə modellərini yaradır. Məsələn;
1. Hiss edir – düşünür – danışır – susur və proses davam edir. İdeal kimi görünür. Çünki fikir bildirdiyin şeyi hiss etmədən söyləsən köklü olmayacaq, kobud desək, öz dərində hiss etmədiyin heç nəyin empatisini qura bilməzsən. Çıxan dərs – yaşanılan təcrübə çox önəmlidir.
2. Düşünür – danışır – susur – hiss edir. Prosesə çox bağlıdırlar. Son haqqında sona çatanda düşünür və nəticəni hiss edirlər. Nəticə haqqında öncədən çox da düşünmür. Prosesə sıx bağlansalar nəticə yaxşı, zəif olsa nəticə də zəif ola bilər. Çıxan dərs – daxili təhrikedici amilləri bil, dərk et və xoşbəxt ol! Daha çox idarəçidir.
3. Danışır – susur – danışır. Yəni danışa-danışa düşünür, danışanda və ya susanda nələrisə hiss etdiyinin fərqində olur.
4. Hiss edir – düşünür – susur arada danışır. Ağıllı siyasətçilərdir. Yerləri amma biznes yox, siyasət meydanı ola bilər. Çünki biznesdə belələri çox düşünüb hərəkətə keçmir.
5. Hiss edir – danışır – düşünür – susur. Təşəbbüskar və cəsarətli olduqlarına görə sahibkar ruhlu da demək olar. Hiss etdiyinin çox düşünmədən üstünə gedir, risk alır, uduza da bilir, amma çox vaxt yekunda qalibdir. Bu adam sahibkardır, idarəçi deyil. O işi qurub, riski alıb idarəçiyə təhvil verməlidir.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Şəkilsiz yazılar seriyası #17 – Evsayağı süni intellektə qarşı
Davranış psixologiyasında belə bir şey var ki, “insanlar keçmişə qayıtmaq istəyir, amma keçmişin hər anına yox, ancaq xoş anlarına”. Müasir biznes bizim bu davranışımızın kökünə bələd olub “neoklassika”nı kəşf
İşdə cəsarət
Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki,
facemark.az 2022-ci ilin ilk 3 ayı üzrə hesabatı
Facemark sürətlə böyüməyə davam edir. Şəkildə 3 aylıq qısa hesabatımızdır. Ölkədə böyük biznes tədbirlərin təşkilatçılığı, partnyorluğu istiqamətində çox illik təcrübə artıq öz bəhrəsini verir. İl ərzində 11 yerli və beynəlxalq

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun