Bu gün “post hoc” haqqında oxuyanda maraqlı bənzətməyə rast gəldim. İdarəetmə davranışlarında yuxarıdakı 4 hərəkətin ardıcıllığı və ya qarışıq kombinasiyaları fərqli idarəetmə modellərini yaradır. Məsələn;
1. Hiss edir – düşünür – danışır – susur və proses davam edir. İdeal kimi görünür. Çünki fikir bildirdiyin şeyi hiss etmədən söyləsən köklü olmayacaq, kobud desək, öz dərində hiss etmədiyin heç nəyin empatisini qura bilməzsən. Çıxan dərs – yaşanılan təcrübə çox önəmlidir.
2. Düşünür – danışır – susur – hiss edir. Prosesə çox bağlıdırlar. Son haqqında sona çatanda düşünür və nəticəni hiss edirlər. Nəticə haqqında öncədən çox da düşünmür. Prosesə sıx bağlansalar nəticə yaxşı, zəif olsa nəticə də zəif ola bilər. Çıxan dərs – daxili təhrikedici amilləri bil, dərk et və xoşbəxt ol! Daha çox idarəçidir.
3. Danışır – susur – danışır. Yəni danışa-danışa düşünür, danışanda və ya susanda nələrisə hiss etdiyinin fərqində olur.
4. Hiss edir – düşünür – susur arada danışır. Ağıllı siyasətçilərdir. Yerləri amma biznes yox, siyasət meydanı ola bilər. Çünki biznesdə belələri çox düşünüb hərəkətə keçmir.
5. Hiss edir – danışır – düşünür – susur. Təşəbbüskar və cəsarətli olduqlarına görə sahibkar ruhlu da demək olar. Hiss etdiyinin çox düşünmədən üstünə gedir, risk alır, uduza da bilir, amma çox vaxt yekunda qalibdir. Bu adam sahibkardır, idarəçi deyil. O işi qurub, riski alıb idarəçiyə təhvil verməlidir.
