İşi başından aşan Teymurun gündəliyi
İstəyirəm işlərin çoxluğundan başımı itirim. Daha doğrusu başa düşməyim ki, iş çoxdu başımı itirmişəm, ya sistemsizəm ona görədir, yoxsa çox yerə bölünmüşəm ondandır?!
Bunları düşünə-düşünə bardaçokdan bir papruz çıxarım. Maşının zajiqalka yerinə min dənə şnur taxmışam deyə vurhahurda zajiqalka axtarım. Sonra yadıma düşsün ki, axırıncı dəfə Ağadan “ver yandırım” deyib birini fırlatmışdım. Allah xasiyyətimi kəssin, yandıran ki, adama havayı başa gəlir, elə bilirəm parkovkaya pul verməyib aradan çıxmışam. Papruz olmasa da yandıranım çox olanda özümü qabağa düşmüş hiss edirəm. Nəysə ki, siqretdən çəkə-çəkə öz-özümə deyinim ki, “Nə oldu sənə Teymur, sən axı vaxt var idi gündə 2-3 saat yatardın, dayanmadan işləyərdin. Hər şeyə uspet edən Tima indi niyə ayaqqabısını silməyə ərinir, maşını həftələrlə yuduzdurmur, tez-tez kartlarının pin kodunu unudur?” Fikirdən bir də ayılım ki, bayaqdan eyni yerdən 100 dəfə keçirəm.
Bu minvalla bir təhər gəlib işə çatım. Komputeri açan kimi oxunmamış maillərin xofu məni götürsün. Gözümün biri ilə onların arasından müdürün yazdığı maili görüm, tez açıb ona cavab verim. Bir-iki mailə də “bəli, edin. Ok-dur, Etiraz etmirəm, Oldu, baxarıq. Bunu görüşüb danışaq. FYİ. Sevka, help pls” tipli cavablarla yola verim. Hardansa eşitmişdim ki, məşğul adamlar, avropalılar zad mail yazanda guya salamsız-kəlamsız birbaşa temaya keçirmişlər. Abunə olduğum nə qədər sayt var ki, onlardan gələn mailləri də bu dəfə əsəbiləşib silim hamısını. Başa düşüm ki, bu gedişlə oxuyan zibil deyiləm, heç olmasa siyahıda qaralıb qanımı qaraltmasın.
Sonra rezki içəri işə təzə başlayan Xədicə girsin, başlasın suallardan yağdırmağa. Sufatımda “a qızım, məni niyə yorursan ağsaqqal vaxtımda” ədası ilə bunu dinləyim, ürəyimdə də “səndə olan həvəs çox yox 3-cə il qabaq məndə olaydı, gör qaqan nağarardı” deyim. Qız danışıb bitirən kimi “oldu, sabah səhərə qədər mən təkliflərimi yazıb göndərərəm, birlikdə müzakirə edək” deyim və kompda açıq excell faylın altına başlayım klaviaturanı şaqqıldada-şaqqıldada type etməyə. Guya ki, qeyd etdim. Sonra baxım ki, “baxmalı olduğum filmlər” faylı açıq qalıb, youtube linklərin altına yazmışam qız deyəni. Elə qız çıxıb gedən kimi, o qeydi də kino linkləri qarışıq shift+delete edim getsin. Nə kinolara baxan deyiləm, yalandan Moşu kimi ondan-bundan nəsə eşidəndə yazıram, sonra qalır, nə də bu qızın dediklərinə reaksiya verməyə həvəs yoxdu deyə hərəkətimdən çox da utanmayım. Utanım e, amma elə də çox yox da, bir az.
Min dənə task manager tipli proqramlar yükləyim, az-az istifadə edim, sonra həvəsim ölsün. Üzvü olduğum yüzlərlə votsap qruplar voobşe məni boğaza yığsın. Axırda bezib bütün bildirişləri söndürüm. Amma bir müddət sonra sinif uşaqlarının olduğu qrupda olan səy-səy videolar üçün darıxım, keçim tiktoka. Tökülüb qalan işləri isə ertələdikcə elə bilim öz-özünə necəsə həll olacaq. Amma adamın üstdə Allah var, hər gün səhər vse, artıq bugündən işlərimi sahmana salmağa özümə söz verim, söyüş qoyum, axırda da yenə edə bilməyib söyüş yiyəsi olum. Bu hal da bir neçə dəfə təkrarlandığından söyüş də təsir etməsin daha, öyrəşim. Məni fikir bürüsün ki, necə olur gəlirəm açıram baxıram ki, 5 iş var təcili, gün başlayır amma mən birini bitirməmiş ortaya ikinci girir, ikincini edəndə unutduğun görüş çıxır ortadan, obeddə yarım saat yubanırsan deyə 3-cü qalır yarımçıq. Siyahıdakı 4 və 5-ci işə də təzə girişən kimi telefon dinghading dingildəsin, açıb baxan kimi ətrafı ehmalca süzdürüb bir balaca qımışım və “çort snim, sabah edərəm” deyib çıxım o bayaqkı dingiltinin dalınca. Saat olsun 8-9, leş sifəti alıb girim evə ki, “dindirməyin məni it yorğunuyam, iş o qədər olub ki, günorta obed də eləməmişəm”.
Beləcə 1-2 saat da evdə yola verib, çıxım çölə uşaqlarla qəlyan çəkməyə. Pandemiyanın qızğın vaxtı qadağan olunan işi görəndə aldığım məmnunluq üzümdən hiss olunsun. Qəlyandan qullablaya-qullablaya yenə məni fikir alıb aparsın. Axı kiməsə 10-da video call edək sözü vermişdim, nə kim olduğunu xatırlayıram, nə də mövzunu. Sonra baxım ki, telefondan özü dağıdır uje zəng zəng dalınca. Uşaqlar da üz ifadəmdən natarazlığı görüb qayıtsınlar ki, “qaqa 3-5 günlük dünyadır, bu qədər işləyib neyniyəssən, bir az cana qulluq elə, qarnın qulağına dəyir, idmana get, axşamlar da mütləq açıq havada gəz”. Mən də guya nəyisə yeni başa düşmüş vidi verərək qayıdım ki, “sən öl düz deyirsiz, bugündən işdən çıxdım vse qaqaş, mən off, dünyanı mən düzəldəsi deyiləm ki, bir şeyi də mənsiz bacarın” deyib zəri qoşalaşdırıb atım. Elə bu dəm üzbəüzdə dəstə ilə oturanların arasında işə yoldaşımla göz-gözə gəlim. Ha istəyim ki, gözümü qaçırım, alınmasın, əclaf uzaqdan uca səslə, “müəllim maşallah o qədər işin gücün arasında hər şeyə vaxt çatdırırsız, çox fəalsız maşallah” desin. Atdığım şeş qoşanın xodlarını düşünə-düşünə qulağıma sanki bir nəfər cingildəsin – fəalsan e, amma faydalı deyilsən.
Yazar haqqında
Editor review
Summary
İstəyirəm işlərin çoxluğundan başımı itirim. Daha doğrusu başa düşməyim ki, iş çoxdu başımı itirmişəm, ya sistemsizəm ona görədir, yoxsa çox yerə bölünmüşəm ondandır?!
Həmçinin oxuya bilərsiniz
Təhsilimiz hara gedir?
Dediklərimiz yox, etdiklərimiz haqqında Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə
20 il öncəyə həftəsonu ziyarətim
Bu gün bazar günüdür. Çoxdandır ki, etmək istədiyim, lakin heç cür risk edib o qədər külliyatın içinə girmək istəmədiyim bir işim var idi. Nəhayət bu gün 20 ildən də qədim
Sietl Overleyk. Dövrümüzün ziddiyyəti.
“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur. “Dövrümüzn
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun