Mobil İnternetin təkamülü


1977 – ci ildə GPRS – in (General Packet Radio Service)  çıxması  ilə simsiz əlaqə qurmaq daha rahatlaşdı və həqiqətən də mobil internetin yaranmasına böyük təkan verdi. 115 Kbps sürət ilə e-poçtu qəbul etmək və göndərmək çox asanlaşmışdı. Daha sonra bu 384 Kbps-yə qədər surəti artıran Data GSM Environmentdən istifadə olunmağa başladı. Lakin 2000 – ci ildə sürəti 2Mbps – ə kimi qaldıran 3G meydana  gələndən sonra mobil geniş zolaqlılığı (mobile broadband) artıq reallığa çevrilməyə başladı.
Artıq Britaniyada hər 4 nəfərdən biri hər gün mobil internetdən istifadə edir. Həm GPRS, həm də EDGE rəqiblərdən və narazılıqlardan qorunmaq və müştərilərin daim razı qalması üçün hər zaman yeni servislər əlavə edir və qiymətləri də normada saxlamağa çalışır. Təbii ki, Azərbaycan istisna olmaqla. Hətta 2 dəfə əhəmiyyətli dərəcədə qiymətlər endirilsə də mobil internet və ümumiyyətlə internetin qiyməti çox bahadır. Lakin on zamanlar operatorların kəskin rəqabət mühitinin olmasından irəli gələrək əvvəliklərə nisbətən sərfəli paketlər təklif etməsi də alqışa layiqdir.
Səsli danışmaq və SMS yollamaq hələ də mobil telefonun ən önəmli vasitələrindən biri idi. 3G servisi yarandı və həqiqiqətən də, bu sahədə böyük inqilab yaratdı. Bu yeni sitemlərin yaranması ilə əlaqədar olaraq 90-cı illərin sonu, yeni əsrin əvvəlində dünyanın əksər ölkərində çox böyük rəqabət yaranmışdı. Çünki artıq yalınızca danışmaq və ya SMS yazmaq öz aktuallığını itirmişdi və artıq çox az gəlir gətirirdi. Bu vəziyyətdə mobil intenet səsli danışıq və SMS servisi üçün ciddi ziyan mənbəyi olmuşdu. Bu, hətta opertarolara tələbi qaldırmaq üçün bütün innovativ yollardan istifadə etməyə icazə veriridi.  
3G-dən sonra isə artıq dünyanın istənilən nöqtəsini daha da yaxın edən 4G meydana çıxdı. Almaniyada Vodafone və ABŞ-da Verizon 4G xidmətini ilk istifadəyə verən operatorlardan oldu. 4G 3G-dən fərqli olaraq nəinki istifadəçiləri yüksək mobil internet sürəti ilə təmin etdi, həmçinin bir neçə mövcud şəbəkəni də bir şəbəkə daxilində birləşdirmək imkanı verir. 3G əgər 2G-nin daha təkmil variantı idisə, 4G artıq tamamilə yeni texnologiya sayıla bilər. 4G xidməti demək olar ki, mobil internet üzrə yeni bir cığır oldu və öncə də qeyd etdiyimiz kimi operatorlara bir çox mobil şəbəkəni bir şəbəkə daxilində birləşdirməyə imkan verdi.
4G iki əsas hissədən ibarətdir: LTE (görüntünün təkamülü) və SAE (şəbəkə nüvəsi) Lakin bunların da özünəməxsus çatışmazlıqları var. Belə ki, LTE-nin problemi səsli zənglərin ənənəvi texniki dəstəyinin olmamasıdır. Bu halda bütün zənglərin VOİP zənglər olmasını zəruri edir. Lakin CS Fallback, İMS, VOLGA kimi proqramlar LTE üzərindən səsli zənglərin edilməsini dəstəkləyir. Amma indiki zamanda ən əsas LTE yüksək internet sürətinin təmin olunması üzrə təkmilləşdirilməkdədir.
 Son 3 il ərzində sosial media şəbəkəsi demək olar ki, bir nemət kimi qəbul olunmağa başladı.  Opertorlar indi yüksək tələbi qarşılamaq üçün Youtube və Facebook – da daha çox aktivlik üçün mübarizə aparırlar. Sosial media vasitələri bir növ daha çox insanın toplaşdığı virtual məkan olduğuna görə bizim bazardakı şirkətlərin bir çoxu artıq bunun önəminin fərqinə vararaq maraqlı, yaradıcı təkliflərlə çıxış etməyə başlayıb. Mobil internet şirkətlərin müştərilərinə ən qısa və ən tez “çata bilməsi” üçün hal-hazırda ən vacib vasitələrdən biri və bəlkə də birincisidir.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 476 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Müştəri Davranışları 0 Comments

FMCG sektorunda Azərbaycanın izləməli olduğu yeni trendlər

Dünyada FMCG sektorunda trendlər son illər sürətli şəkildə dəyişməyə başlayıb. Düzdür, dünyadakı trendlər sürətlə dəyişsə də, Azərbaycana onlar eyni sürətlə gəlib çatmır. Məsələn, dünyada enerji içkiləri artıq pik həddini yaşayıb

Brendinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (II hissə)

Bu yazının əvvəlki hissəsini buradan oxuya bilərsiniz. Qısa bildirim ki, marketinqdə hərbidən keçən strategiyalar haqqında danışırıq. 5-i haqqında ötən yazıda danışdıq. İndi isə keçək növbətilərinə. İctimai qınaq, ictimai dəstək bütün

Marketing AİR 10 başladı

Bəli, zarafat-zarafat artıq 10-cu Marketing AİR-ə başladıq. Marketing AİR haqqında çox bloq yazmışam. Hər dəfə də eyni həvəs və həyəcanla. Çünki mən uzun hədəfləri xırdalayıb özümü motivə edə bilirəm. Mütləq

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın