Şəkilsiz yazılar seriyası #17 – Evsayağı süni intellektə qarşı
Davranış psixologiyasında belə bir şey var ki, “insanlar keçmişə qayıtmaq istəyir, amma keçmişin hər anına yox, ancaq xoş anlarına”.
Müasir biznes bizim bu davranışımızın kökünə bələd olub “neoklassika”nı kəşf etdi. Klassik üslubdan ən zövqlülərinin orasını-burasını dəyişib “neo” adı ilə təqdim etdilər. Məsrəf daha az, amma daha baha.
Süni intellekt sözsüz ki, inqilabdır. İnqilabı isə yaradanlarla faydalananlar heç vaxt eyni olmayıb. Bir müddət sonra süni intellekt bugünün “fast food”u olacaq. Hamı dadını bəyənəcək, ondan asılı olacaq, amma təbii olmadığını da biləcək, təbii olanı axtaracaq, ona daha çox pul verməyə hazır olacaq. Yəni təbii, real olan təsvir, görüntü, səs və s. “ev yeməyinə” dönüb bahalaşacaq. Bu gün restoranlar qabağına “evsayağı” atdıqları bütün yeməkləri baha satırlar. Halbuki bir vaxtlar bütün ölkə elə evsayağı yeyirdi və bu restorandakından qat-qat ucuza başa gəlirdi.
Məsələn, son günlər davamlı süni intellektlə yığılmış musiqilərə qulaq asırdım. Çox da gözəl alınıb, bir xeyli qulaq asdım. Bir müddət sonra hiss elədim ki, bu musiqilər kola kimidi, içirsən, amma susuzluğun yatmır. Artıq real adamın real səsinə və real musiqi alətləri ilə olan musiqilərini dinləmək istədim. Süni intellekt az sonra musiqi industriyasını “broyler toyuğuna” döndərəcək. Toyuğu toyuq bilib yeyəcəksən, amma ondan kağız dadı gələcək.
Təbii ki, hər dövrdə çıxan yeni alətlərin yaxşısı da olub, pisi də. Sözsüz süni intellekt alətləri də həndəsi silsilə ilə artacaq. Aralarında çox yaxşıları da olacaq, tərsi də. Aradakı fərqi müştəri seçə bilməyəndə isə istənilən “evsayağı” ona daha dadlı və daha sağlam gələcək.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Şəkilsiz yazılar seriyası #6 -Hərəkət düşüncələrimizin davamıdır
Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”. İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək,
𝐕𝐚𝐜𝐢𝐛 𝐨𝐥𝐚𝐧𝐥𝐚𝐫 𝐧𝐚𝐝𝐢𝐫 𝐡𝐚𝐥𝐥𝐚𝐫𝐝𝐚 𝐭ə𝐜𝐢𝐥𝐢𝐝𝐢𝐫, 𝐭ə𝐜𝐢𝐥𝐢 𝐨𝐥𝐚𝐧𝐥𝐚𝐫 𝐝𝐚 𝐧𝐚𝐝𝐢𝐫 𝐡𝐚𝐥𝐥𝐚𝐫𝐝𝐚 𝐯𝐚𝐜𝐢𝐛𝐝𝐢𝐫
8 il ABŞ prezidenti olmuş Eisenhower-in maraqlı bir sözü var: “Vacib olanlar nadir hallarda təcilidir, təcili olanlar da nadir hallarda vacibdir” Tarixə “Eisenhowerin Zaman Matrisi” kimi düşmüş bu alqoritmi

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun