İllərin təcrübəsindən sonra gəldiyim qənaət budur. Bir əməkdaşı işə alarkən və ya kimləsə müştərək hər-hansı bir iş görməyə başlarkən 2 cür seçim filtri olmalıdır. Birinci təbii ki, insanın indiyədək qazandığı nailiyyətlər, performansı, kobud desək qəşəng CV-si. İkinci isə görüşlər, söhbətlər vasitəsilə müəyyən edilən, görünən xarakteri. 2-ci düz gəlməsə, 1-cinin elə bir əhəmiyyəti qalmır və Sizin yarıda qalmaq ehtimalınız böyükdür. Bizdə bir çox hallarda 1-ci mərhələyə önəm verib ona əsasən seçirlər deyə prosesdə çoxlu problemlər çıxır.
