Şəkilsiz yazılar seriyası #17 – Evsayağı süni intellektə qarşı
Davranış psixologiyasında belə bir şey var ki, “insanlar keçmişə qayıtmaq istəyir, amma keçmişin hər anına yox, ancaq xoş anlarına”.
Müasir biznes bizim bu davranışımızın kökünə bələd olub “neoklassika”nı kəşf etdi. Klassik üslubdan ən zövqlülərinin orasını-burasını dəyişib “neo” adı ilə təqdim etdilər. Məsrəf daha az, amma daha baha.
Süni intellekt sözsüz ki, inqilabdır. İnqilabı isə yaradanlarla faydalananlar heç vaxt eyni olmayıb. Bir müddət sonra süni intellekt bugünün “fast food”u olacaq. Hamı dadını bəyənəcək, ondan asılı olacaq, amma təbii olmadığını da biləcək, təbii olanı axtaracaq, ona daha çox pul verməyə hazır olacaq. Yəni təbii, real olan təsvir, görüntü, səs və s. “ev yeməyinə” dönüb bahalaşacaq. Bu gün restoranlar qabağına “evsayağı” atdıqları bütün yeməkləri baha satırlar. Halbuki bir vaxtlar bütün ölkə elə evsayağı yeyirdi və bu restorandakından qat-qat ucuza başa gəlirdi.
Məsələn, son günlər davamlı süni intellektlə yığılmış musiqilərə qulaq asırdım. Çox da gözəl alınıb, bir xeyli qulaq asdım. Bir müddət sonra hiss elədim ki, bu musiqilər kola kimidi, içirsən, amma susuzluğun yatmır. Artıq real adamın real səsinə və real musiqi alətləri ilə olan musiqilərini dinləmək istədim. Süni intellekt az sonra musiqi industriyasını “broyler toyuğuna” döndərəcək. Toyuğu toyuq bilib yeyəcəksən, amma ondan kağız dadı gələcək.
Təbii ki, hər dövrdə çıxan yeni alətlərin yaxşısı da olub, pisi də. Sözsüz süni intellekt alətləri də həndəsi silsilə ilə artacaq. Aralarında çox yaxşıları da olacaq, tərsi də. Aradakı fərqi müştəri seçə bilməyəndə isə istənilən “evsayağı” ona daha dadlı və daha sağlam gələcək.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Şəkilsiz yazılar seriyası #14 – Terminoloji inflyasiya
Laura Empsonun Oxford kitabxanası tərəfindən yayımlanan bir kitabında maraqlı bir şərhə rast gəldim – TERMİNOLOJİ İNFLYASİYA Nədir terminoloji inflyasiya?! Əksərən mahiyyət eyni qalmaqda eyni predmetə fərqli, yeni termin əlavə etməkdir.
Uludağ Ekonomi Zirvesində səslənən qızıl fikirlər
Əvvəlki bloq yazımda Azərbaycanda forum keçirməyin niyə faydalı olmasından yazmışdım. Bu fikrə isə “Uludağ Ekonomi Zirvesi”ni 2 ildir yaxından izləyəndən sonra gəlmişəm. Ötən yazıda dediyim kimi UEZ-də bu il 90-dan
Azərbaycan taksit bazarı və taksit kartları haqqında sorğunun nəticələri
Son 1 ildir bank sektorunda yaşanan canlanmada böyük payı taksit sisteminin tətbiqi tutub. 5 bank artıq sistemi tətbiq etməkdədir. İlk olaraq isə İdeal və Bank of Baku bir yerdə 2011-ci

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun