şəkilsiz yazılar seriyası
Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”.
 
İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək, ətrafımızda da pozitiv adamlar olacaq. Neqativə meylli olsaq, həyat tərzimiz, dinlədiyimiz musiqi, oxuduğumuz kitablar və ən nəhayət ətrafımız da neqativ düşüncəli adamlarla dolacaq.
 
Haradan oxuduğumu xatırlamıram, amma cümlə təxmini belə idi – Fürsət və maneə ardıcıl düzülür. Pozitiv baxan əngəlin önündəki fürsəti, pessimist olan fürsətin arxasındakı əngəli görər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir