Şəkilsiz yazılar seriyası #9 – Hibrid Model

Şəkilsiz yazılar seriyası #9 – Hibrid Model

QIZIL ORTA – HİBRİD MODEL
Pandemiya dövründə dünyada 3,6 milyard adam “evdə qaldı”. Sonra həyat elə gətirdi ki, evdən çıxıb gördük ki, dünya həmin dünya deyil. Deyirlər ki, bəs “yeni normal” var artıq: Uzaqdan işləmək, onlayn iclaslar, təmassız ödənişlər, rəqəmsal münasibətlər və s.
ABŞ-da pandemiyadan əvvəl uzaqdan işləyənlər 5% idisə, bu gün 40% olub. Ölkəmizdə də artıq bir çox görüşləri oflayn keçirməyin, əlavə yol ölçməyin heç bir mənası qalmayıb. Dünya bu il hibrid model üzərində düşünür. Nə çox online, nə çox oflayn. Tam offlayn səmərəsizdir, tam online da effektsiz. Ortada bir yol tapıb oradan irəliləmək lazımdır. Hibrid modelə keçidi artıq bütün ciddi mənbələr tövsiyyə edir. “The Economics” jurnalının yanvar sayında bu mövzuya çox geniş yer veriblər. Müasir görüşlərə “zoomokratiya” kimi maraqlı ad da veriblər.
“Zoomokratiya” dövrü adlanan online iclaslar, işlər ən çox köməyə ehtiyacı olan yeni işə başlayanlara zərər verir. Araşdırmaya görə zoom iclaslarda insanlar sözlərinin daha çox kəsilməsindən şikayət edirlər. Üstəlik iş karyerasına yeni başlayanlar üçün bütün görüşlərin onlayn keçirilməsi sərf etmir yumşaq desək. Çünki işə yeni başlayan adam daha çox köməyə ehtiyac hiss edir, daha çox sosiallaşmaq, daha çox öyrənmək və özünü göstərmək istəyir. Onlayn görüşlərdə bunu etmək çox çətindir, hamı məsələn, görüntünü bağlayır, sən də bağlayırsan, ancaq danışan görünür və s. 🙂 Diqqət çəkmək çətin olur yəni.
Bir vaxtlar “open space” ofislər dəb idi, indi də bizdə bu modeli modern üslub kimi qəbul etməkdə davam edən şirkətlərimiz var. Amma qərbdə artıq ancaq open space modelindən imtina edirlər, yenə də hibrid yol tapıblar – bir qismi open space, bir qismi ayrı. Mən özüm də 3 il open space-də oturmuşam, yan və ətraf masada oturanın bütün nəsil-nəcabətində baş verənlərdən istəyərək və istəməyərək halı olmuşam. Hətta bir çox məsələlərdə irəli gedib məsləhət də verə bilmişəm 🙂 Open Space qısası effektiv deyil, insanın fokusu çox dağılır. Bir də öncə də yazmışdım, indi də deyim ki, müqayisə edəndə avropa ilə müqayisə etməyək ki, niyə onlar otura bilir, biz yox. Otura bilmirik, bunu izah etmək yox, sadəcə bir gün gəlib görmək lazımdır. Növbəyə dura bilmirik, yol vermirik. Həmin növbəyə dura bilməyən, maşın sürəndə yol verməyən adam işdə də axı özünü elə aparır. Ona görə də müqayisə etmək düz deyil.
Dünya sürətlə keçmişə qayıdır. Amma bu dəfə fərqli adda.
Qızıl orta deyəndə köhnə görünür, HİBRİD MODEL deyəndə isə COOL səslənir.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 488 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #12 – 2023-cü il iqtisadi proqnozları

The Economist 2023-cü il proqnozları üzrə maraqlı qısa icmalını dərc edib. Maraqlı olan bəzi məlumatları Sizinlə də bölüşüm. – 2022-ci ildə dünyada yeni avtomobil satışı ötən illə müqayisədə 1% artıb,

Biznes 0 Comments

İşdəki xarici müdirlər

Bizi kimi ölkələrdə çox tez-tez olur belə şeylər. Baxırsan, öz gücünə böyüyən bir şirkətdir. Bir müddət sonra nəyəsə görə qərara gəlir ki, mütləq ekspat gətirib işlətmək lazımdır. Biri var işdə

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #15 – Hər məsələdə eyni fikrə gəlməyə ehtiyac yoxdur?!

HBR-da bu gün maraqlı bir fikrə rast gəldim. Deyir ki, bəzi qurumlar ehtiyac olmadığı halda bütün məsələlərdə fikir birliyinə ehtiyac hiss edir. Və nəticədə hamının ortaq qərarını almaq üçün uzun

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın