Təkliyin yalançı cazibəsinin təbliği

Təkliyin yalançı cazibəsinin təbliği

Bu günün populyar ədəbiyyatı, mediası, bütün növ sosial media platformalarındakı “trendə düşən” (və ya trendə düşürülən) fikir və çağırışlar bəşər insanını çox zərərli bir axına itələyir – təkləşdirmə, təkliyin cazibəsi.
 
Halbuki təklik insanın təbiətinə ziddir. O tək mövcud ola, özünü reallaşdıra bilmir. Sanki bilərək insanları öz yaradılış qayəsinin tərsinə üzdürürlər. Xüsusən sosial media insan davranışlarını ciddi şəkildə istiqamətləndirir. Ötən dəfəki statusumda HBR-da yayımlanan instagramın xanımların psixologiyasına mənfi təsiri haqqında araşdırmasını yazmışdım. Yəni bu təkcə mənim, onun-bunun subyektiv qənaəti yox, ağlı başında olan bütün insanları düşündürür. Kütləvi şəkildə təbliğ edilən budur ki, “sən təksən, dünya sənə qarşıdır, sən ən güclüsən, əslində heç kimə ehtiyacın yoxdur, bir az da dözsən şirsən, dözməsən minimum qartalsan, nə bilim həyatın mərkəzində özünsən, əslində kimsəyə ehtiyacın yoxdur, dur ayağa və özünü sübut elə, hamıya meydan oxu, heç kimə qurban olma, al, ye, iç, kef elə və s” bu kimi fikirləri aşılayan memlər, motivasiya kitablarından alıntılar, muzikalnı storilər, üzü divara mənalı baxışlarla paylaşılan postlar ciddi şəkildə altşüura təsir edir, daha sonra isə hərəkətə çevirilir.
 
Nəticədə bizim toplumlar kimi nə gəldi yeməyə, geyinməyə, almağa və tətbiq etməyə könüllü hazır olan, pusquda duran istehlak cəmiyyətləri üzərlərinə gələn axınların çox tez təsirinə düşür.
Bəs bu qədər fərdiləşmə, təkliyin təbliği kimə xeyirdir?
 
– fərdiləşmə böyük bazar yaradır. Kobud desək bir qazandan 2 nəfər yeyə bilirsə, tək olanda hərəyə bir qazan alır. Vəhşi istehlakçıya çevrilirik. 14 bitdi, 15 çıxdı həmən al, almadın utan yerə gir 🙂
– psixologiyaya yeridilən fikirlər xüsusən dünyada baş verən alış-verişin 85%-nə birbaşa və dolayı təsir edən xanımlar üçün daha həssas hesablanır. Məsələn, bir geyindiyini bir də geyinməmək ehtiyacı, ətrafdan diqqət cəlb etmə ehtiyacı, yaşlanma əleyhinə vasitələr, plastik əməliyyatlar, fərqli-fərqli bənzətmələr böyük bazar yaratmaq üçündür. Sadəcə bizə bunu açıq demirlər, yolun bu başında ehtiyacı yaradıb o biri başında piştaxtatın altından “al, sənə bu lazımdır” deyirlər.
 
– nə qədər konspiroloji də səslənsə əslində insanlar sürətlə çoxalır və onların hamısına çatacaq qədər azuqə olsa da, mütləq çoxluq onu mütləq azlıqla bərabər bölmək istəmir. Fikir versəz, bütün dünyada təbliğat artıq ailənin övladı tərbiyə etmək ixtiyarının əlindən alınmasına yönəlib. Uşağın bir şikayətinə avropada “əxlaq polisi” rahatlıqla onu sizdən ala bilər. Bəzi ölkələrdə uşağa “sən kişisən” demək də qadağandır. Deyirlər, burax özünə böyüyər özü bilər nə olar. Boşananda tərəfləri soyub soğana döndərən qanunlarla insanları məcburi “daxili müqavilələrə, razılaşmalara” sövq edərək evlilikdən çəkindirməyə cəhdlər edilir.
 
O gün Aqşin müəllimin də dediyi kimi nobel almaq üçün əsərini 2 geyə həsr elə ol məşhur. Avam kütlə isə təsirə tez düşdüyündən gördüyünə inanır, baxır müqayisə edir, sırınan uğur anlayışına ən qısa yolu təbliğ edən axına kəllə vurub axırda həmin axının burulğanına düşüb məhv olur.
Biri var filosofların dediyi kimi həyatı müqayisədə dərk etmək, biri də var dərk etmədən həyatı sadəcə müqayisədə yaşamaq.
 
Görəsən bu işlərin axırı nə olacaq? Bir dəfə vitrin filosofu dostum Teymura eyni sualı vermişdim – dedi “axıra qalan biləcək”.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Halbuki təklik insanın təbiətinə ziddir. O tək mövcud ola, özünü reallaşdıra bilmir. Sanki bilərək insanları öz yaradılış qayəsinin tərsinə üzdürürlər.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

İndiki ağlım olsaydı…

Bu ifadəni tez-tez eşidirik – “indiki ağlım olsaydı” onu belə edərdim, bunu belə edərdim, filan şeyi deməzdim, nəyisə yeməzdim və s. Siyahını çox uzatmaq olar. Məncə, hamının həyatında ən azı

Münasibət 0 Comments

Antenn Fm-də “Deməyi Sizdən” verilişinin qonağı olduq

Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi

Münasibət 0 Comments

Dolların 78 olan vaxtı…

1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq “sovetin vaxtında” sözü olardı. Bir az bizdən böyüklər, “Sizin yadınıza gəlməz, sovetin vaxtında ….” deyib maraqlı müqayisələr edərdilər.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın