𝐌ü𝐪ə𝐝𝐝ə𝐬𝐥əşə𝐧 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐥ə𝐫 ç𝐨𝐱𝐥𝐮 𝐚ğ 𝐟𝐢𝐥𝐥ə𝐫 𝐲𝐚𝐫𝐚𝐝ı𝐫.
Keçmişdə cənub şərqi Asiyada krallar idarəçilik və ədalətlərinin simvolu kimi saraylarında ağ fil saxlayırlarmış. Bir müddət sonra heç bir dəyər yaratmayan bu fillərin baxım xərcləri ciddə dərəcədə artmış və bir növ üzü astarından baha başa gəlmişdir deyə sonralar bu cür işlərə, yəni dəyər yaratmasa belə xərc yaradan işlərə “ağ fillər” deyilməyə başlanmışdır.
Bu gün biznesdə, biznes qərarlarımızda da bir çox ağ fillər var ki, birinci onun dəqiq ağ fil olduğunu müəyyən etmək lazımdır, ikinci də ondan necə xilas olmaq olar düşünmək lazımdır. Ağ fil hər-hansı bir əməkdaş da ola bilər, hansısa düz getməyən bir proses də.
Bəzən yola girmişik deyə axıra kimi getməyə çalışırıq. Zamanında geri dönüş qərarı çox ciddi üstünlüklər yarada bilər və süni intellekt bu hissədə hələ ki, insanı üstələyə bilmir. Məsələn, müharibədə çoxlu itki verilib deyə sonuna qədər getmək bəzən daha faciəli ola bilir. O qərar çox incə şəkildə təhlil edilib verilə bilər. Ümumiyyətlə biznesdə, sistemdə emosionallığa az yer var deyə onu müqəddəsləşdirmək olmaz.
Müqəddəsləşən sistemlər çoxlu ağ fillər yaradır.

