Teymur paşama aid 44 ˝hikmətli kəlam˝

Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu qənaətə gəldim ki, onların bir çoxunu bir yazıya yığım. Bunlara 2008-ci ildən başlayaraq yazdığım statuslar, Teymur paşama aid ˝hikmətli˝ kəlamlar seriyası, ˝Sən də bir kişi olmadın˝ və ˝Hələ də sağdır˝ rubrikaları və s. aiddir. Onları bir yerə yığmaq əziyyətli olsa da, hesab edirəm ki, haçansa bu mütləq edilməli idi. Qismət bu günə imiş.

Bu arada Teymur paşamı yaxşı tanımaq istəyirsinizsə, bu yazını oxumağınızı məsləhət görürəm. Özünə də buradan çox sağ ol deyirəm ki, bu müddətdə bütün olanlara səbrlə yanaşa bilib 🙂 Beləliklə, ilk olaraq başlayaq Teymur paşama aid ˝hikmətli kəlamlar˝seriyasından. Məna axtarmağa çalışmayın, gördüm deyən olmadı çünki 🙂 Aşağıda yazılanlar ayrı-ayrı vaxtlarda paşamızın hikmət daxmasından çölə çıxanlardır ki, mən də onları qələmə almışam. Statusları olduğu kimi köçürmüşəm, ona görə də hərf səhvlərinə görə indidən üzrlü sayın, zəhmət olmasa.

  1. Meshur fransiz mutefekkiri Laroshfuko demisdir ki: “Bele de isti olar?
  2. Sentyabr avqustun məntiqi davamı, oktyabrın real zəminidir.
  3. «Yagishdan sonra goyqurshagi gorunur»
  4. «Turkiye yaxshi oynayir»
  5. «Hesab 1-0-dir.Amma 2-0 da ola bilerdi»
  6. “Futbol top uğrunda amansız mübarizədir”
  7. “Hacı dayı, mən səndən qorxmuram”
  8. “Təhsil elə probkalara görə gözəldir, probkada qal, amma sinifdə qalma”
  9. “Biri var biabırçı qələbə, biri də var biabırçı məğlubiyyət. Bunlar ayrı-ayrı şeylərdir”
  10. «Haci dayidan qorxmayan adam, baliq Hafizden qorxarmi? cox uzaga getmeyin, Bruce Lee de heç kimden qorxmurdu»
  11. «1000 manati dollara cevirende bir xeyli pul edir»
  12. “O gün biri deyir ki, paşam, Siz bilərsiz taksiyə minəndə pulu vermək yaxşıdır, ya düşəndə? Mən də dedim nə minəndə, nə düşəndə, bala. Oturanda versən yaxşıdır”
  13. Donuzu kabab kimi yeyenler marketde kolbasani halal isteyende teeccublenirem.
  14. Mən “Tey-Mur”am, “Demi-Mur” deyiləm.
  15. Pul qazanmaq ish deyil, gorulen hansisa bir ishin neticesidir.
  16. Xarici QARa quvveler nehayet arani QARishdirib QARi yolladilar.
  17. Teymur Islamlinın mətbuata son müsahibələrindən kreativ seçmələr : “O qədər dedim-dedim İŞİDmədilər ki, İŞİDmədilər”, “İŞİDimiz gücümüz yoxdu da indi də bunların nazı ilə oynayaq”, “İŞİD ölər adı qalar”, “Silahı yerə qoyan kİŞİDir, qoymayan dİŞİDir”
  18. “Bir qız səni xoşbəxt edirsə, gör 2-si, 3-ü neyniyər”.
  19. «Günde-günde eve gederler?»
  20. “Gündüz parlayan afrika günəşi yuxu gətirir”
  21. «Men indi bildim niye Azerbaycanlilar qacmasalar dushune bilmirler. Cunki onlar ancaq qacanda bashlarini gotururler,ona gore de «bashini goturub qacma» ifadesi yaranib. Qalan hallarda da bashlarini goturmediklerine gore dushunemmirler»
  22. «Fikir vermishem, zaman kecdikce adamin bashinda qara tukler agaran kimi, zamanla menim de qara dostlarim agarmaga bashlayib»
  23. «Kim olmasinin ferqi yoxdur, nefesi gedib-gelsin»
  24. «Her yerinden teze duran bildi-bilmedi nese yazir. Men bunu ozumun yaratdigim cereyan olan «Qarshok edebiyyati»na benzedirem»
  25. «Bugün saga donende solu yandiran surucu, sabah adami vurandan sonra «Avareyniki» yandirar»
  26. Bir başı ilə heç nə edə bilməyənlər hansısa işi görmək üçün “adamın gərək iki başı ola” deyəndə əsəbiləşirəm.
  27. Mahatma Qandi, amma Teymur Islamli Gan(ma)dhi
  28. “Dişi like eləməsə, erkək PM yazmaz” (c) Teymur Islamli ( “Səndə Like This, Mən də Like This” adlı kitabından)
  29. Səməd Vurğun: “Şair, nə tez qocaldın sən?” Teymur Islamli : “Yüz-yüz vurdum, şair, əlliyə səbrim çatmadı” P.S. Teymur İslamlının Səməd Vurğunla poetik deyişmələrindən. Bakı, Komsomol nəşriyyatı. 1950 🙂
  30. “Başa düşmək, başa salmaq, başdan etmək, başı ağrımaq, başa çatdırmaq, başa vurmaq, başına dönmək, başda oturmaq. Bir orqana bu qədər təcavüzün səbəblərini anlamaq çətindir, elə deyilmi gənclər?!” Teymur Islamli (“Ata, sən cavan olmamısanmı?” kitabının vosmoy bazarında zəhmətkeşlərə təqdimatından alıntı. Bakı, Möhsün kişinin çayxanası, saat 00:45 )
  31. Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddu.
  32. «Nedense burun-buruna 2 DYP mashini gorsem ele bilirem ki, bir-birilerine blutuzla mahni otururler»
  33. Heyat sen deme tekce ag atdan ibaret deyilmish. Heyatda cox muxteli rengli ve muxtelif probeqli atlar var imish.
  34. “Bazar mırt olsa, şirkətin müştəriləri gülməkdən ölər”
  35. Teymur Tuncay paşama oxucularından biri şer həsr edib. Xahiş etdi ki, geniş ictimaiyyətə açıqlayım bu əsrarəngiz oxucu-yazar məhəbbətini 🙂 Cəllad, Paşamın şəklini gəl çək, Paşam gözəldir, sən də gözəl çək, Qarnına çatanda firçadan əl çək, Qarnına bıçağı qoy özüm çəkim Kəs onun qaradan qara başını, Çək, cəllad, çək onun ala plaşını, Gözünə çatanda saxla daşını, Gözünə şramı qoy özüm çəkim. P.S. Paşamın “Spama düşən misralarım” kitabından alıntı
  36. “Qalxan heç nə havada qalmaz”
  37. “Maraqlı olan hər şeyin yeni olması ehtimalı yeni olan hər şeyin maraqlı olması ehtimalından daha azdır” 🙂 Teymur Tuncay ( “Bir söz idi dedim” kitabından seçmələr)
  38. “Qadınlar adətən kişilərdən sonra ölürlər. Çünki onlar hər şeyə beləcə gecikirlər” – Teymur Tuncay “Söz idi dedim” kitabından 🙂
  39. “Dünən biz kinoya gedəcəyik” cümləsini lövhəyə yazaraq müəlliminin “bu hansı zaman formasıdır?” sualına “Gələcək keçmiş zaman” deyən Teymur paşa hələ də ana-dili müəlliminin qəfil ölümündə özünü günahkar sayır 🙂
  40. “Həyatınızın haçansa bitəcəyindən qorxmayın, qorxun ki, hələ də yaşamağa başlamamısınız” 🙂 Teymur Tuncay (“Həyat çox kopoğlu şeydi” monoqrafiyası. Masallı 2 nömrəli məktəbin Divar Qəzetindən alıntı)
  41. Azərbaycanda müşahidələrimə əsasən gündən – günə fərqli təbəqələşmələr yaranır. Mən onların hər birini başa düşə bilərəm. Amma heç bir halda tək sahib olduğu şey dili olub, gücü də ancaq dilinə verib, heç kimi bəyənməyib özü də bir “zad” olmayanları anlamaqda çətinlik çəkirəm. O insanların xəyallarındakı “yüksəkliklərdən” gerçək yerlərinə neçə km-dir görəsən?
  42. “Gün o gün olsun gün olmasın, kölgə olsun” Teymur Tuncay ( toyda sağlıq deyərkən)
  43. “Mənim bir qonşum var, nə vaxtı var, nə də pulu. Başa da düşə bilmirəm ki, pulu yoxdursa, vaxtı niyə yoxdur bəs” Teymur Paşa (2015, Masallı, Şərəfə kənd zəhmətkeşləri ilə yumurta döyüşdürərkən)
  44. “Fikir vermişəm, hansı PUBlisistin ki, PUB-la arası yoxdur, onlar yaxşı yazammırlar”

Seçdiyim şərhlərdən 44-nü bu yazıda Sizinlə paylaşdım. Siz də bu yazını paylaşın ki, Teymur Paşamın ˝hikmətli kəlamlarından˝ hər kəs öz payını götürsün 🙂

P.S. Paşamla olan səsli intervyunu dinləmək istəsəniz, onu da yuxarıda qoymuşam. Baxın səsli olaraq da bu dahini kəşf edin. 🙂

Gələn dəfə daha da faydalı olmaq ümidi ilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Məna axtarmağa çalışmayın, gördüm deyən olmadı çünki :) Aşağıda yazılanlar ayrı-ayrı vaxtlarda paşamızın hikmət daxmasından çölə çıxanlardır ki, mən də onları qələmə almışam.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Mənim həyat fəlsəfəm: “O hər şeyi görür”

–          “Gencliyimde ele bilirdim ki, heyat bir sevincdir. Boyudum ve gordum ki, heyat calishmaqdir. Calishdim ve gordum ki, Chalishma bir sevincdir”  (Tomas Karlil)           –          “Ugurun sirri

Sərbəst 0 Comments

İş və şəxsi həyat balansını qorumağın 7 yolu

Bugün hər birimiz yaxşı-pis haradasa çalışırıq. Yaxın dostlardan, tanışlardan həmişə bu tip fikirlər eşitmək olar: “Evdə də məcbur olub gecə 4-ə kimi işləyirəm, bilmirəm necə edim, işdə evdən gələn zənglər

Sərbəst 0 Comments

Şillə

Dostlar, həftəsonundan istifadə edib bu dəfə sərbəst yazı yazmaq istəyirəm. Sərbəst mövzular ləzzətli olur, ürəyin istəyən kimi yazırsan, yetər ki, yazanda ədalət hissini itirməyəsən. Fərqi yoxdur tərifləyirsən, ya tənqid edirsən.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın