İnsanın özgüvəni olmalıdır, amma bacarığından çox olsa, problem olacaq. Özgüvən yaratmağın yollarından biri də özünüzdə onlarla mənfi xüsusiyyət olsa belə, hər-hansı müsbət hesab etdiyiniz bir cəhəti seçib daima onun üstünə basmaq, onu PR etməkdir. Satışın birinci şərti də qarşı tərəfdə güvən yaratmaqdan keçir (40%) İzgörənin yaxşı sözü var bu barədə. Deyir ki, güvən ən ürkək quş kimidir, bir dəfə əlinizdən uçdusa, bir daha geri qayıtmır.
Çin atalar sözündə deyildiyi kimi sevinəndə vəd vermə, əsəbi olanda cavab.
