Şəkilsiz yazılar #14 – 2025-ci ildə buraxmalı olduğumuz 5 xüsusiyyət
HBR çox maraqlı bir yazı yayımlayıb – 2026-cı ilə keçirməməli olduğumuz 5 xüsusiyyət.
Paylaşıram, çox faydalıdır;
1. Məşğul görünmə və ya çox məşğul olma
Daim məşğul olmaq, davamlı əməliyyatın içində boğulmaq, bütün işləri ard-arda calamaq qərarların keyfiyyətinə ciddi təsir edib səmərəliliyi azaldır, eyni zamanda dərin fokuslanmanın da qarşısını alır. Gündəlik ajandınızda olan bir çox işlər düzgün deleqasiya edilməlidir.
2. “Role overload” – Hamını razı salma istəyi
Hər şeyə və hamıya “hə” demək, hamıya yetişməyə çalışmaq, üzərinə özünə aid olmayan məsuliyyətlər almaq və yüklənmək ən qısa zamanda tükənmişlik sindromuna səbəb olur. Sağlam sərhədlər həmişə yaxşıdır.
3. Çox düşünmə və ertələmə
Artıq sübut olunub ki, çox düşünmə sonda etməməyə gətirib çıxarır. Ertələmə isə motivasiya əskikliyi yox, əksinə psixoloji problemdir. Odur ki, özümüzə sual verməliyik ki, hansı qərarları “ən yaxşı anı” gözləmədən indi də vermək olardı.
4. Davamlı əlçatan almaq
Hər şeyə çatmaq, hamı üçün əlçatan almaq da həmçinin mənəvi tükənməyə gətirib çıxarır.
5. Toksik pozitivlik
Liderliyini və indiyəqədərki statusunu qorumağa çalışmaq da tükənmişlik sindromuna səbəb olur. Hazırda nəsə düz getmirsə, əksini göstərməyə çalışmaq olmaz
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Sadə idarəetmə
Niyə?! Biz idarəetmə haqqında çox oxuyuruq, oxumuşuq. İstər xaricdə tətbiq edilən yeni idarə etmə modelləri, istərsə də daxildə baş verən dəyişikliklərə uyğunlaşan üsullarla tanışıq. Amma əksər hallarda tətbiqdə əziyyət çəkirik.
İstehsal və Dağıtım şirkətlərinin qarşılıqlı iş prinsipləri – canlı yayım (video)
Canlı yayımda həmsöhbətlərim öz sahəsinin ən güclülərindən olan Tural Əlizadə və Sənan Orucov oldu. Müzakirə mövzularımız: – Həm istehsal şirkəti, həm də istehsal etdiyini satan şirkət olmaq olarmı, olarsa, bunun
Avropanın gecikən Kayzeni – 80/20 prinsipi
Yəqin ki, bir çoxunuz 80/20 qanunu haqqında eşitmisiniz və ya oxumusunuz. Bu yaxınlarda bir kitab aldım. Riçard Koçun “80/20 qanunu” adlı bu kitabında əsas mövzu elə bu haqda idi. Fasilələrlə

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun