Şəkilsiz yazılar seriyası #16 – Qərarvermə tükənmişliyi
“Qərar nəzəriyyəsi” haqqında oxuyurdum, özümdə bir suala cavab tapdım. Deməli, nəzəriyyə korporativ və şəxsi qərarların arxasında duran məntiqi öyrənir. Önyarğı, müəyyən alışqanlıqlar, mükəmməliyyətçilik, fürsətləri əldən vermə qorxusu (FOMO) kimi xarakteristik xüsusiyyətlər qərar vermə prosesini çətinləşdirən səbəblərdəndir.
İnsan həyatı boyu bəzi qərarları vermək, seçimlər etmək məcburiyyətində qaldığı üçün “Qərarvermə tükənmişliyinə” girə bilirmiş. Bu hissin elmdə adı olması mənə çox maraqlı gəldi. Yəni davamlı qərarvermə məcburiyyətində olanda düzgün idarə edilmədikdə qərarvermə tükənmişliyinə gətirib çıxarır. Bu halda isə insan adətən bir neçə davranış sərgiləyir;
– Qərar verməkdən bezib qaçır, gizlənir, yatır və s. Elə bilir ki, ertələsə necəsə düzələcək
– Risk almaqdan qorxur. Risk almaq itirmə ehtimalı yaradır, amma bu 100% deyil. Heç qərar almamaq isə mümkün fürsətləri 100% qaçırmaq deməkdir. Yəni istənilən qərar qərarsızlıqdan yaxşıdır.
– İpin ucunu qaçırdığını düşünüb bundan sonrakı işlərinə də fokuslana bilmir. Haradan başlamağa çalışsa, əvvəlki məsələlərdə qərar verməli olduğunu bilib ilişib qalır, davam edə bilmir.
Bəs nə etməliyik?
– Data yaxşı şeydir, amma çox olanda qərarsızlığa səbəb ola bilər.
– Alınacaq qərarlarda öncədən xəta payının olması Sizi bir az rahatlada bilər.
– Qərar ağacı metodu və Eyzenhauer metodu qərarvermədə ciddi kömək edə bilər. Bu haqda daha öncə yazmışdım.
– Qərarı çox müzakirəyə çıxarmaq, çox adamla məsləhətləşmək də prosesi çətinləşdirə bilər. Səhv deməzlər bəlkə də, amma qərar alternativləri çoxala bilər deyə qərarsızlığa səbəb ola bilər. İncə cizgini qorumaqla kənardan fikir almaq faydalıdır. Məsələn, illərdir tədbir keçiririk, amma son tədbirlərdə komandadan hiss etdim ki, daha yaxşı fikirlər gəlir və mən onları həmən tətbiq etməyə çalışıram. Hətta bəzilərinə indidən səhv olduğunu düşünsəm də. Amma olmaya da bilər.
Sonda bir daha vurğulayım ki, istənilən qərar qərarsızlıqdan daha yaxşıdır.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
İşdə düz bilinən səhvlər – (video animasiya və səsləndirmə ilə)
Dəyərli Business Talks komandası və başda Kamran Tağıyev olmaqla təşəkkür edirəm ki, mənim bu yazımı video animasiya halında və səsləndirmə ilə birlikdə hazırlayıblar. Aşağıda Sizə həmin videonu təqdim edirəm;
Email yazışmalarımızda buraxdığımız bəsit səhvlər
Həftəsonu olduğundan bir az sərbəst mövzudan yazmaq istəyirəm. Bu dəfə hamımızın gündəlik olaraq aktiv istifadə etdiyi email yazışmalar haqqında yazmaq qərarına gəldim. Hər birimiz gündəlik n sayda email yazır, bir

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun