şəkilsiz yazılar seriyası
HBR çox maraqlı bir yazı yayımlayıb – 2026-cı ilə keçirməməli olduğumuz 5 xüsusiyyət.
Paylaşıram, çox faydalıdır;

1. Məşğul görünmə və ya çox məşğul olma

Daim məşğul olmaq, davamlı əməliyyatın içində boğulmaq, bütün işləri ard-arda calamaq qərarların keyfiyyətinə ciddi təsir edib səmərəliliyi azaldır, eyni zamanda dərin fokuslanmanın da qarşısını alır. Gündəlik ajandınızda olan bir çox işlər düzgün deleqasiya edilməlidir.

2. “Role overload” – Hamını razı salma istəyi

Hər şeyə və hamıya “hə” demək, hamıya yetişməyə çalışmaq, üzərinə özünə aid olmayan məsuliyyətlər almaq və yüklənmək ən qısa zamanda tükənmişlik sindromuna səbəb olur. Sağlam sərhədlər həmişə yaxşıdır.

3. Çox düşünmə və ertələmə

Artıq sübut olunub ki, çox düşünmə sonda etməməyə gətirib çıxarır. Ertələmə isə motivasiya əskikliyi yox, əksinə psixoloji problemdir. Odur ki, özümüzə sual verməliyik ki, hansı qərarları “ən yaxşı anı” gözləmədən indi də vermək olardı.

4. Davamlı əlçatan almaq

Hər şeyə çatmaq, hamı üçün əlçatan almaq da həmçinin mənəvi tükənməyə gətirib çıxarır.

5. Toksik pozitivlik

Liderliyini və indiyəqədərki statusunu qorumağa çalışmaq da tükənmişlik sindromuna səbəb olur. Hazırda nəsə düz getmirsə, əksini göstərməyə çalışmaq olmaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir