Eyzenhauer zaman matrisi – vacib və təcili işlər
8 il ABŞ prezidenti olmuş Eisenhower-in maraqlı bir sözü var: “Vacib olanlar nadir hallarda təcilidir, təcili olanlar da nadir hallarda vacibdir”
 
Tarixə “Eisenhowerin Zaman Matrisi” kimi düşmüş bu alqoritmi həyatımızda rahatlıqla tətbiq edə bilərik. Bu matrisə görə həyatımız 1 və 4-lər arasında keçdiyindən 2 və 3-ə çox vaxtımız qalmır.
 
I xana adətən streslidir, tükənmişlik yarada bilir və s.
II xana keyfiyyət xanası sayılır. Nəticədə balansa və nəticəyə nail olmaq olur. Burada insanlar adətən işlər təcili olmadığına görə ertələməkdə səhv edirlər. Ertələmək yox, zamana yaymaq lazımdır.
III xanada daha çox olanlar adətən məşğul olur, amma nəticə bir o qədər də olmur.
IV xana vaxt itkisidir. Adətən də nəticə olmur.
 
Zamanı axışına buraxsaq, ömrümüz 1 və 4-ün arasında keçəcək. Zaman isə heç bir halda axışına buraxılmayacaq qədər dəyərlidir.
 
Bəs 2-ci xanada daha çox olmaq üçün nə etməliyik?
 
1. Pareto prinsipinə riayət etmək.
2. YOX deyə bilmək. Məşhur bir ifadədə deyildiyi kimi “YOX deməyi bacaranların HƏ-ləri mənalı olur”
3. Hədəf mərkəzli işləmək
4. Günlük deyil, həftəlik planlamalar etmək
5. Deleqasiya etmək və məsuliyyət ötürmə
 
Bəs Siz ən çox hansı “xana”da olursunuz?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir